Reklam

"Mercedes-Benz" yenilənmiş GLS ailəsini nümayiş etdirib

Avtodünya 5 Aprel 2023 23:59 Oxunub 3540
"Mercedes-Benz" yenilənmiş GLS ailəsini nümayiş etdirib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Mercedes-Benz yenilənmiş GLS, habelə onun AMG və Maybach versiyalarını təqdim edib. 2019-cu ildə debüt edən hazırkı krossover GLE və GLE Coupé modellərindən sonra planlaşdırılmış restylinqdən keçib. “Kiçik” modellər kimi, GLS modeli eksteryerindəki nöqtə dəyişiklikləri, yeni opsiyaları, tərtibat variantlarını və materialları alıb. Güc qurğuları çeşidi isə 48 voltluq startyor-generator şəklində üst quruluş sayəsində tam elektrikləşdirilib.

Eksteryerdəki yenilənmələr kiçikdir, lakin yenə də nəzərə çarpacaqdırlar. GLS modelinin standart barmaqlığı Silver Show örtüyünə malik olan dörd üfüqi çubuğu əldə edib. Bamperə quraşdırılmış hava girişləri parlaq qara rəngli qalın haşiyələrə sahib olub. Arxa tərəfdə dəyişikliklər firma cizgiləri olan fənərlərlə məhdudlaşıb - onlrın hər birində üç üfüqi işıq bloku var.

Mercedes-Benz kuzov rəng palitrasını bir neçə yeni rəngin əlavə edilməsi ilə genişləndirib - Twilight Blue Metallic və Manufaktur Alpine Grey Non- Metallic. 20 düymlük Himalayas Grey rəngli çoxmilli disklər də çeşidə əlavə edilib.

MBUX multimedia sisteminin displeyləri eyni qalıb, lakin onlar qrafikasını şaxələndiriblər. İndi üç müxtəlif üslubda - tanış klassik, eləcə də “dinamik” dizaynlı idman və yalnız ən zəruri məlumatları əks etdirən təmkinli (discreet) üslubunda qrafika təklif olunur. Bundan əlavə, daxili işıqlandırmaya uyğun olan yeddi rəng sxemi var. Eyni zamanda, yan tərəfə əyilmə və sükan çarxının dönmə bucağını, dairəvi kameralar varsa, avtomobilin qarşısındakı yolu ("şəffaf" kapot funksiyası) göstərən Off-Road Mode rejimi də mövcuddur.

Yeni tərtibat variantları də var: bej Catalana beige və qəhvəyi Bahia brown rənglərində dəri üzlüüklər mövcuddur. Əvvəllər Mercedes‑Maybach GLS 600 4Matic üçün eksklüziv olan qəhvəvi ağacı və Manufaktur royal lakı da mövcuddur. Altlığın mühafizəsi olan və klirensi 30 millimetr artıran Off-Road ofroad paketi təkmilləşdirilib. Dəbdəbəli Mercedes-Maybach GLS modelinin təchizatına 23-düymlük təkər diskləri və Mercedes-Maybach loqosunun animasiyası olan ətraf işıqlandırması daxildir. Oturacaqlar sırılmış dəlikli dəri üzlük ilə örtülürlər.

Mercedes-AMG GLS63 modelində də kiçik təkmilləşdirmələr edilib. Onlara iki yeni Manufaktur Alpine Grey Non-Metallic və Sodalite Blue Metallic kuzov rəngləri, Bahia Brown/Black və Macchiato Beige/Black Nappa dəri üzlük variantları daxildir. Panoram lyuk, adaptiv uzuq işıqlar artıq standart təchizata daxildir. Ön qapılar açıldıqda, AMG brendinə xas olan işıqlandırma animasiyası başlayır. Yana əyilmələrin stabilizasiya sistemi və pnevmatik asqı isə yenilənmiş proqram təminatını alıblar.

“Adi” GLS modelinin mühərrik çeşidində 269-381 at qüvvəsi və 500-750 Nm fırlanma anı hasil edən 3,0-litrlik benzin və dizel mühərrikləri, GLS 580 4Matic versiyası isə, 517 ay qüvvəsi və 730 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 tvin-turbo müühərriki ilə hərəkətə gəlir. Mercedes-Maybach GLS 600 4Matic modelində bu mühərrik 557 at qüvvəsi (730 Nm), AMG versiyasında isə 612 aat qüvvəsi (850 Nm) hasil etdirir. Bütün aqreqatlar sürətlənmə zamanı 22 at qüvvəsi qədər güc əlavə edən 48 voltluq hibrid üst qurumu ilə təchiz edilirlər.

Dəbdəbəli GLS modelini yenilənməsi ilə Mercedes-Benz öz krossoverlərinin yenilənməsini tamamlayıb. Flaqmanın təkmilləşdirilmiş versiyası 2023-cü ilin oktyabr ayının sonunda Avropadakı, sentyabrında isə ABŞ-dakı dilerlərə çatdırılacaqdır.

autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh