“Mercedes” elektromobil avtomobillərə fokuslanmaq istəyir

Bir neçə gün öncə “Mercedes-Benz”in yeni flaqmanı olan E seriyası təqdim olundu. Bəs “Mercedes” nə vaxta qədər özünün məşhur modellərinin daxili yanma mühərrikli versiyalarını istehsal edəcək? Avtosfer.az xəbər verir ki, “Mercedes”in bu yolu uzun müddət aparmayacağı bəllidir. Və təbii ki, alman marka elektromobil avtomobillərin istehsalına fokuslanacaq. Şirkət elektrikli avtomobilləri hər cəhətdən daxili yanma mühərrikli nəqliyyat vasitələrindən üstün görür. Belə ki, alman markasının baş direktoru Olla Kallenius qəzetə verdiyi müsahibədə markanın daxili yanma maşınlarından daha çox elektromobil modellərə diqqətini yönəldəcəyini bildirdi.
Automotive News Europe-a verdiyi açıqlamasında Kallenius bu ifadələri qeyd etdi: “Elektrikli avtomobillər daxili yanma mühərrikli avtomobillərlə müqayisədə daha yeni texnologiyaya malikdir. Bilirik ki, elektriklə işləyən avtomobillərdə hələ gedilməsi lazım olan çox yol var. Elektromobil modellər hər cəhətdən daxili yanma mühərrikli avtomobilləri üstələyəcək”.
Kalleniusun açıqlaması bu istiqamətdə olsa da “Mercedes” daxili yanma mühərrikindən tamamilə imtina etməyəcək. Alman avtomobil istehsalçısı daxili yanma mühərrikləri olan modellər istehsal edəcək, lakin onların əsas diqqəti elektromobil modellərə yönəldəcək.
Qeyd edək ki, “Mercedes”in əsas məqsədi 2039-cu ilə qədər karbon neytral marka halına gəlməkdir.
Elektromobilliyə keçid prosesi ilə birlikdə “Mercedes” yüksək keyfiyyətli avtomobillərin istehsalına yönələcək. Hətta giriş səviyyəli modellərdə belə, şirkət yüksək keyfiyyətli avtomobillərlə bazarda olmaq istəyir.
“Mercedes”in CEO-su həmçinin, "Ekoloji davamlılığı təmin etmək üçün dəbdəbəli modellərimizdə istifadə etdiyimiz texnologiyalar gələcəkdə müəyyən bir nöqtədə başlanğıc səviyyəli modellərimizdə də istifadə ediləcək" deyə bildirdi.
Nərmin Əkbər
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO


















