“Mercedes”in rəhbəri: Elektrik mühərriki istilik mühərrikindən üstündür - FOTO

Avropada elektromobilə keçid sürətlənsə də, bu texnika bəzi göstəricilərinə görə klassik maşınlardan geri qalır. Bəs bu gerilik nə qədər davam edəcək?
Avtosfer.az-ın xəbərinə görə, “Daimler”in baş direktoru Ola Kalenius məsələyə aydınlıq gətirib. Alman mediasına müsahibəsində iş adamı bildirib ki, elektromobil texniki cəhətdən istilik mühərrikikli avtomobildən üstündür: “Lakin elektromobil avtomobillə müqayisədə hələ ki, yeni texnologiyadır. Bizim qarşımızda geniş təkmilləşmə imkanı var. Bu onilliyin sonunda elektrik mühərrikləri texniki parametrlərinıə görə istilik mühərriklərini qabaqlayacaq”.
Şirkət rəhbəri istilik mühərrikləri sahəsində tədqiqatlara çəkilən xərclərin yaxın 3 ildə 80% azaldılaraq elektrik mühərrikləri sahəsinə yönəldiləcəyini bildirib. İş adamı elektromobilə marağın artması üçün doldurma məntəqələrinin sayının artırılmasını zəruri sayır.
O, elektromobillərin hazırki vəziyyətinin avtomobilin 20-ci əsrin əvvəlindəki vəziyyəti ilə eyni olduğunu iddia edib.
Vüqar Yaşaroğlu
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












