"Mitsubishi Delica Mini" modeli ən kiçik “Delika” olacaq - FOTO

Mitsubishi Delica modelinin qarşıdan gələn 55 illik yubileyini layiqincə qeyd etmək üçün, yaponlar modelin çeşidinin genişləndirilməsini hazırlayırlar. Əfsanəvi Delica ilk dəfə key-kar olacaqdır: aqressiv dizaynı, ofrouder imici və mütləq tam ötürməsi olacaq Mitsubishi Delica Mini adlı mikrovenin buraxılacağı elan edilib.

Mitsubishi eK X Space
Təəssüf ki, bu orijinal model deyil, o, NMKV (Nissan Mitsubishi Kei Vehicle) birgə müəssisəsi tərəfindən yaradılmış və istehsal edilən 2020-ci model ilinin Mitsubishi eK X Space mikroveninin bir versiyasıdır. Yeni Delica Mini modeli eK X Space mikroveni ilə eyni kuzova malik olsa da, ondan ön tərəfin dizaynı, LED fənərlər, qara plastikdən kuzov dəsti və artırılmış klirensi ilə fərqlənir.

Mitsubishi eK X Space
Bütün eK ailəsi key-karlar sinfinə aid olduğundan, yapon qanunları ilə tənzimlənən qabarit ölçülərini artırmaq mümkün deyil: avtomobilin uzunluğu 3400 millimetri, eni isə 1480 millimetri keçməməlidir. Yeni Delica Mini modelinin interyeri hələlik nümayiş etdirilməyib. Texniki cəhətdən o, Mitsubishi eK modelini təkrarlayacaqdır: startyor-generatoru (2,7 at qüvvəsi) olan 660 kubluq turbomühərrik (64 at qüvvəsi), variator və arxa oxda muftası olan tam ötürmə sistemi.


Yaponiyada belə key-karlara olan tələbat ildə təxminən 600.000 ədəd təşkil edir. Mitsubishi şirkəti, əfsanəvi ada malik olan yeni modelin onun bu seqmentdəki mövqeyini gücləndirəcəyini gözləyir. Delica Mini modelinin kütləvi debütü gələn ilin yanvar ayında keçiriləcək Tokyo avtosalonunda baş tutmalıdır. Onun satışlarına isə, yayın əvvəlində başlanmalıdır. Yeri gəlmişkən, yapon istehsalçısının model xəttində tam ölçülü Delica D: 5 mikrovenindən başqa, Suzuki Solio modelinin OEM versiyası olan Delica D: 2 mikroveni də var.
autograph.az
Bakı dayanmadan "Çin"ləşir - Avtomobillər bizi hara aparır?
Çində 1000 kilometr, Avropada 900: "BYD" batareyasının fərqi
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ










