"Mitsubishi" şirkəti dörd yeni modelin buraxılış qrafikini açıqlayıb

Avtodünya 12 May 2023 00:02 Oxunub 1350
"Mitsubishi" şirkəti dörd yeni modelin buraxılış qrafikini açıqlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avtomobil istehsalçısının planına görə, 2023-cü ilin sonuna qədər L200 pikapının yeni nəsli (həmçinin Triton kimi tanınır), tamamilə yeni Сolt modeli (Golf sinifində olan) habelə Xpander hibridi və daha bir yeni bir model debüt etməlidir. Sonuncunun XFC Concept konseptinin seriya təcəssümü olacağı məlumdur.

L200 pikapının debütü yaxın həftələrdə baş tutmalıdır. Onun ilk ictimai nümayişi martın sonunda keçirilmiş Banqkok avtosalonunda baş tutmuşdu. Bununla belə, bunu tamölçülü təqdimat adlandırmaq olmaz, çünki pikap kamuflyajda nümayiş etdirilib. 

Bununla belə, Mitsubishi nümayəndələri yeni pikapın çərçivə konstruksiyasını qoyurub saxlayacağını və 4N16 ailəsindən olan təkmilləşdirilmiş 2,5-litrlik turbodizeli ilə təchiz ediləcəyini təsdiqləyiblər. Populyar pikapın yeni nəsli mexaniki və avtomatik transmissiyalar, arxa və tam ötürmə ilə təklif ediləcəkdir. Yeni nəsil Mitsubishi L200 modelinin satışına iyun ayında start veriləcək və onun satılacağı ilk baza Tayland olacaqdır.

Yenidən model xəttinə qayıdan Colt haqqında məlumat çox azdır. O, Renault Clio hetçbekinin inşa edildiyi CMF-B platformasına əsaslanacaq və hibrid qurğu ilə hərəkətə gələcəkdir. Çox güman ki, söhbət Clio modelinin təchiz edildiyi E-Tech güc qurğusundan gedir. Xatırladaq ki, ardıcıl-paralel hibrid güc qurğusu 140 at qüvvəli 1,6-litrlik atmosfer mühərrikinə əsaslanır. Avropa bazarında bu model cari ilin payızında debüt etməlidir.

Bir il yarım bundan əvvəl yenilənmiş Xpander kross-veni də hibrid olacaqdır. Hələlik bu model barədə təfərrüatlar açıqlanmayıb. İndoneziyada kross-ven 5-pilləli mexaniki ötürmələr qutusu və ya variator ilə tandemdə çalışan 105 at qüvvəli 1,5-litrlik 4A91 atmosfer  mühərriki ilə təqdim olunur.

Nəhayət, 2022-ci ilin eyni adlı konseptinə əsaslanan sirli XFC modeli ASEAN (Cənub-Şərqi Asiya dövlətləri Assosiasiyası) inkişaf etməkdə olan ölkələri üçün nəzərdə tutulmuş krossoverdir

Şirkət onu "müxtəlif hava və yol şəraitində əyləncəli, təhlükəsiz və etibarlı hərəkəti" təklif edən avtomobil kimi təsvir edir. O, yüksək klirensə və hərəkət rejimlərinin seçilməsi sisteminə malik olacaqdır: Normal, Wet, Gravel və Mud rejimləri mövcuddur. Özü də Wet rejimi Asiya ölkələrində istifadə üçün xüsusi olaraq hazırlanıb.

Mitsubishi tərəfindən dərc edilmiş slaydda adı çəkilən dörd model də daxil olmaqla altı model göstərilir - slyadda Avropa bazarında satılan ASX krossoveri və Yaponiya bazarı üçün nəzərdə tutulmuş Delica Mini kei-karı da qeyd olunub. Qeyd etmək gərəkdir ki, bu modellər artıq təqdim olunublar.

autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh