“Moskviç”i təkrarlayan “Avtovaz”, və ya çinsayağı “Lada”

Rusiyanın “Avtovaz” şirkəti Nissanın Peterburqda tərk etdiyi zavodda avtomobil istehsal etməyi planlaşdırır.
Avtosfer.az-ın xəbərinə görə, Petereburq şəhərinin administrasiyası faktı TASS agentliyinə təsdiqləsə də, hansı modelin istehsal ediləcəyi bildirilməyib.
Rusiyanın avtomobil saytları isə “Avtovaz”ın “Moskviç”in yolu uilə getdiyini yazır. İddia olunur ki, bu zavodda Çinin “FAW Bestune T77” krosoveri VAZ loqosu ilə istehsal ediləcək. Başqa sözlə, detallar Çindən gələcək, loqo və bir neçə xarici detal russayağı olacaq.
Sözügedən modelin Peterburqda 14-17 iyun tarixlərində keçiriləcək forumda təqdim edilməsi gözlənilir. Artıq bu avtomobillərin bir neçəsinin Çindən test məqsədi ilə Tolyattiyə gətirildiyi deyilir.
Qeyd edək ki, Yaponiya və Koreyadan olan istehsalçıların Rusiyada fəaliyyətini dayandırması Azərbaycan bazarında da təsir edib. Şimal qonşumuzdan hər il kifayət qədər yapon və Koreya modeli avtomobil idxal edilirdi. İndi isə Rusiyadan ölkəmizə avtomobil idxalı demək olar dayanıb.
Vüqar Yaşaroğlu
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












