“NIO” yeni “ES6”nı Şanxay Avtomobil Sərgisində təqdim edəcək - FOTO

Son zamanlar Çinin elektromobil avtomobil istehsalçısı olan “NIO” diqqət çəkməyi bacaran markalar arasındadır. Avtosfer.az xəbər verir ki, marka Çinin Şanxay avtosalonunda yeni tam elektrikli “ES6”nı təqdim edəcək. Bundan əlavə, Çinli avtomobil istehsalçısı 18 aprel 2023-cü il tarixində başlayacaq yarmarkada bütün avtomobil çeşidini və əlaqəli məhsullarını nümayiş etdirəcəyini bildirdi.
Belə ki, marka bu yarmarka çərçivəsində dünyaya gələcək planlarını göstərmək istəyir. Ona görə də o, bu il təşkil olunan yarmarkanı “Yeni bölmə” adlandırır. Avtomobil sərgisində markanın ikinci nəsil elektrikli avtomobil platformasından istifadə edən 6 fərqli modeli iştirakçılarla görüşəcək.
Tam elektriklə işləyən ağıllı SUV ilə yanaşı, şirkətin flaqman sedan modeli “ET7” də sərgidə rəsmi olaraq təqdim ediləcək. Eyni zamanda şirkət, tədbirdə akkumulyator dəyişdirmə stansiyasının üçüncü nəsil versiyalarını və 500 kVt gücündə Enerji Doldurma cihazını nümayiş etdirməyi planlaşdırdığını vurğuladı.
Bundan əlavə, Şanxay avtomobil sərgisində “NIO Life” adlı bölmə nümayiş etdiriləcək. Burada dizaynerlərlə birlikdə brend müxtəlif kolleksiyalarını kütlə ilə paylaşacaq. Həmçinin “NIO House” adlı bölmə sayəsində istifadəçilər “NIO” avtomobillərini sınaqdan keçirərkən rahat dincələ və kofelərini içə biləcəklər.
Nərmin Əkbər
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır

















