"Niva"lar bu tarixədək istehsal olunacaq

AvtoVAZ-ın prezidenti Maksim Sokolov şirkətin 1977-ci ildən istehsal etdiyi klassik “Lada Niva”nın istehsalda 50 illik yubileyini qeyd edəcəyinə əminliyini ifadə edib.
Şirkət rəhbəri 3 avtomobil modelinin daha uzun illər istehsal ediləcəyini qeyd edib:
“Xoşbəxtlikdən, yerli inkişaflarımız, yerli platformalarımız, 90 faiz və ya daha çox yerliləşdirmə səviyyəsi ilə istehsal etdiyimiz modellərimiz var. Onların arasında Lada Granta və Lada Niva Classic var ki, məncə, onlar mütləq öz yarım əsrlik yubileyinə çatacaqlar”.
“Lada Niva”nın satışları artır və gələn il avtomobil müasir, daha güclü və yüksək torklu mühərrik alacaq, - AvtoVAZ rəhbəri əlavə edib.
Maksim Sokolov 2024-cü ilin əvvəlində Lada avtomobillərinə avtomatik transmissiyanın qaytarılacağını da açıqlayıb. O, etiraf edib ki, indiyədək əvvəlki avtomatik transmissiyaların dəyişdirilməsi uyğunlaşdırılmayıb. (lent.az)
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












