"Porsche" ilk avtomobilinin 75 illiyini xüsusi hiperkarla qeyd edir

Bu ay Ferdinand Porşenin banisi olduğu Porsche şirkətində əlamətdar tarixi bayram edirlər - 1948-ci il iyunun 8-də rəsmi qeydiyyatdan keçmiş Porsche markasının ilk avtomobilinin peyda olmasından düz 75 il ötür. Xatırladaq ki, Porsche şirkəti özü 1931-ci ildə yaradılıb. Buna baxmayaraq, bu yubileyi layiqincə qeyd etmək üçün brendin gələcək inkişaf istiqamətini göstərən proqram konsepti hazırlanıb. Bu, Porsche Mission X elektrikli hiperkarıdır.
Yaradıcıları onu öz zamanının ən qabaqcıl, güclü və bahalı avtomobilləri olmuş əfsanəvi Porsche 959, Porsche Carrera GT və Porsche 918 Spyder modelləri ilə bir sıraya qoyurlar. Bununla belə, dizaynerlər altmışıncı illərin sonu və yetmişinci illərin əvvəllərində treklərdə parlayan Porsche 917 yarış bolidlərindən ilham alıblar. Mission X hətta yuxarı açılan qapıların oxşar konstruksiyasına da malikdir.
Əslində, bu layihə çox uzun müddətdir ki, Porsche Dizayn Mərkəzində hazırlanır: oxşar həlləri görmək üçün 2005-2019-cu illərdə yaradılmış, lakin reallaşdırılmamış hiperkar layihələrinə baxmaq kifayətdir. Konstruktiv olaraq, Porsche Mission X bu janrın tələblərinə tam cavab verir: karbon monokok, mərkəzi kilidi olan təkər diskləri (öndə 20, arxada isə 21 düym), aktiv aerodinamika və tənzimlənən amortizatorlu asqı (sıxılma sərtliyi və qaytarılma ayrıca tənzimlənir).
Kupenin uzunluğu 4,5 metr, eni - təqribən iki metr, hündürlüyü - 1,2 metrdən azdır, təkər bazası isə 2,73 metrdir.Təəssüf ki, bunlar hiperkar barədə məlum olan yeganə xüsusiyyətlərdir. Dartma batareyası oturacaqların arxasında yerləşir, yəni avtomobilin mərkəzinə mümkün qədər yaxındır. Kokpitdə iki displey, sükan çarxının yerinə şturval və altı nöqtəli təhlükəsizlik kəmərləri olan karbondan oturacaqlar var. Sərnişinin qarşısında isə, mexaniki xronometri displeylə birləşdirən, çıxarıla bilən şturman cihazı üçün bərkitmə yeri var.
Hiperkar haqqında başqa təfərrüatlar yoxdur, çünki o hələlik sadəcə bir konseptdir. Lakin istehsalçı Mission X modelinin istehsala getməsi halında, onun 1 at qüvvəsi/kiloqram gücün çəkiyə olan nisbətinə və sürətli şarjı dəstəkləyən (Taycan Turbo S sedanından iki dəfə güclü) 900 voltluq elektrik sisteminə sahib olacağını bildirib. Aerodinamik dayağın hasil etdiyi yerəbasma qüvvəsi Porsche 911 GT3 RS trek modelinin səviyyəsində olmalıdır. Daha bir vacib detal: seriyaya getməsi halında Mission X Nürburqrinqin ən sürətli yol avtomobili olmalıdır. İndi bu titul Mercedes-AMG One hiperkarına məxsusdur.
Bütün bunlar konseptin seriyaya gedəcəyinə dəlalət edir. Ancaq avtomobil üzərindəki çalışmalar və dəqiq tənzimləmələr bir neçə il çəkə bilər.
autograph.az
2026-cı ilin ən yaxşı yeni avtomobilləri AÇIQLANDI - FOTO
Dünyada ən çox satılan elektrikli avtomobil markası - SİYAHI
Dünyanın ən etibarlı avtomobil brendləri - SİYAHI
Yaşı 15-dən çox olan maşınların idxalına icazə veriləcək – RƏSMİ AÇIQLAMA
Dünyanın ən sürətli elektromobilləri – ARAŞDIRMA
Məşhur aktyorun 50 milyonluq avtomobili - FOTOLAR
Avropa elektromobil batareyaları sahəsində Çindən 20 il geri qalır
"Niva" bahalaşdı
Çin avtomobili Çar Rusiyasının brendi kimi təqdim edilir - FOTO
Özünə 200 minlik yeni avtomobil aldı - FOTO
Rusların yeni elektromobili Çininkindən daha ucuz olacaq – İDDİA










