Rusiyada avtomobil parkının acınacaqlı vəziyyəti - qəzalar artır - FOTO
Rusiya DİN-in Yol Hərəkətinin Təhlükəsizliyi Elmi Mərkəzi 2022-ci ilə dair hesabatını açıqlayıb. Avtosfer.az-ın xəbərinə görə, hesabatda göstərilir ki, 2022-ci ildə nəqliyyat axınının istiqaməti dəyişib. Əvvəlki illərdə əsas istiqamət Qərb (Avropa) olduğu halda, ötən il prioritet Azərbaycan, Gürcüstan, Qazaxıstan və Çindir.
Ölkənin Şərq regionlarında qəzalar da ciddi şəkildə artıb. Qaazxıstan istiqamətində qəzalar hətta illik əsasda 76% artıb. Çin və Monqolustan istiqamətində isə əcnəbi sürücülərin törətdiyi qəzalar artıb.
Hesabat müəlliflərinə görə, əsas yol arteriyaları maksimal yüklənmə rejimində işləyir, nəqliyyat vasitələrinin ümumi yürüş məsafəsi artıb. Hesabat dövründə yollarda ciddi təmir aparılmayıb, avtopark cəmi 0,5% böyüyüb. Halbuki Ukrayna müharibəsinədək bu göstərici 1,5-2% olurdu. Federasiyada avtomobil istehsalı 44,7%, təzə maşın satışı isə 58% azalıb.
Tədqiqatçılara görə, yol hərəkətinin təhlükəsizliyinə ciddi maneələrdən biri də keyfiyyətsiz ehtiyat hissələri və savadsız texniki xidmət səviyyəsidir. Ən əsası, Federasiyada avtomobil parkının əsas hissəsinin yaşının 15-i ötməsidir. Ölkədə 13 milyon minik (ümumi parkın 25,6%-i), 2,7 milyon yük avtomobilinin (41,1%), 200 min avtobusun (22,9%) və 1,9 milyon motosikletin (80,6%) yaşı 15-i haqlayıb.
Bu hesabatı bir cümlə ilə ümumiləşdirmək mümkündür: Qərbin sanksiyaları Rusiyanın avtomobil sənayesi ilə yanaşı nəqliyyat sektorunu da ciddi şəkildə “vurub”.
PS. Görünür Qoqolun 19-cu əsrin ortalarında dediyi “Rusiyanın 2 bədbəxtliyi var: səfehlər və yollar” ifadəsi bu gün də aktuallığını itirimir.
Bəs Nikolay Karamzinin 200 il əvvəl Parisdəki rus emiqrantlara dediyi “oğurlayırlar” ifadəsi necə?
Vüqar Yaşaroğlu
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












