Rusiyada Çinin avtomobil brendlərinin 300-ə yaxın yeni avtosalonu AÇILIB

Rusiya Federasiyasında Çin brendlərinin avtosalonlarının açılışı rekord sürətlə gedir. 2022-ci ilin əvvəlindən indiyədək Çin istehsalı olan avtomobil markalarının salonlarının sayı təqribən, 300 ədəd artaraq 930-u keçib.
«Bizim pərakəndə avtomobil satış şirkətimiz bu payızda baş verən Çin avtosalonlarının sayında belə sürətli artım görməmişdi. Rusiyada Çin istehslı olan avtomobillərinin 936 salonu açılıb, bunun 300-ə yaxını ilin əvvəlindən indiyədək, 185-i isə iyul-noyabr aylarında açılıb» - deyə «Otkritie Avto» şirkətinin mütəxəssisləri qeyd edirlər.
Bu prosesdə ən böyük aktivliyi «Chery» qrupunun brendlərinin göstərdiyi bildirilir. Bu il yeni avtosalonların sayına görə lider 48 salon artımı göstərən premium brend Exeed-dir. Yeni «Omoda» brendi 47 avtosalon ilə böyüyüb, «Chery» diler şəbəkəsi isə Rusiyada cəmi 167 diler mərkəzi ilə Çin brendləri arasında lider mövqeyini qoruyaraq 42 yeni salonla zənginləşib.
Bu ilin 10 ayı ərzində Rusiyada Çinin «Geely» avtomobil salonlarının sayı 133-ə çatıb. Rusiyada «FAW» (ilin əvvəlindən 41 mağaza, cəmi 102 mağaza açılıb) və «Changan» (ilin əvvəlindən 26 mağaza, cəmi 100 mağaza açılıb) üçün də Rusiyada avtosalonların sayı artıb.
Bundan əlavə, araşdırma göstərir ki, «Haval» dilerlərinin sayı 10-dan 118-ə yüksəlib, «Voyah» və «Skywell» brendləri üçün avtosalonlar açılıb, həmçinin GAC üçün bir yeni satış nöqtəsi yaranıb.
fed.az
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı












