Rusiyada daha bir sovet avtomobili “dirçəldilir” - FOTO
Sanksiyalar ağırlaşdıqca Rusiyada avtomobil sənayesi də geriləyir. Zavodlar çıxış yolu kimi sovetdənqalma modelləri yenidən bazara çıxarırlar.
Avtosfer.az-ın xəbərinə görə, “OkANTEL” konstruktor bürosu “Avtovaz”ın sovet dövründə başlayıb yarımçıq qoyduğu hidrogen mühərriki layihəsini bərpa etmək istəyir. Qəribə də olsa, layihə üçün köhnə “Oka” (VAZ-11113) kuzovları seçilib. Belə ki, 2013-cü ildə bağlanmış “Seaz” zavodunda 150 ədəd “Oka” kuzovu aşkar edilib. Bu kuzovlara hidrogen mühərriki və avadanlıq yerləşdiriləcək.
Aqreqatlar böyük olduğundan arxa oturacaqlar sökülərək yük yeri ilə birləşdiriləcək və sistem bura quraşdırılacaq. Konstruktiorlar yeni avtomobilin 90 km/saat sürətlə gedəcəyini iddia edirlər. Mühərrikin gücü 14 kilovatt, yürüş ehtiyatı isə 250 km olacaq.
Sanksiyalara görə avtomobil ABS və təhlükəsizlik yastıqları ilə təchiz edilməyəcək.
Vüqar Yaşaroğlu
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












