Rusiyada minik avtomobillərinin istehsalı 72% azalıb

2022-ci ilin sentyabrında Rusiyada minik avtomobillərinin istehsalı 71,8 faiz azalıb.
Bunu Milli Sənaye İnformasiyası Agentliyinin nümayəndələri bildiriblər. Ümumilikdə, yerli avtomobil zavodları son bir ayda 29,1 min avtomobil istehsal edib. Ötən ilin eyni dövründə bu göstərici 102,9 min ədəd nəqliyyat vasitəsi təşkil edib.
Oxşar tendensiya yük və kommersiya nəqliyyatı sahələrində də müşahidə olunur.
Sentyabrda Rusiyada 5100 yük maşını və 6600 yüngül kommersiya avtomobili yığılıb. Ötən il bu rəqəm müvafiq olaraq 7000 və 135000 avtomobil olub.
Bundan başqa, ölkədə avtobus istehsalı da azalıb. Belə ki, sentyabrda yerli mühəndislər cəmi 1100 avtomobil yığıblar ki, bu da ötən ilin göstəricisindən 200 ədəd azdır.
Ümumilikdə, ilin əvvəlindən Rusiyada 355,8 min minik avtomobili istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 64,5 faiz azdır. Bundan əlavə, doqquz ayda ölkədə 44 min yük maşını və 8600 avtobus yığılıb. Yüngül kommersiya avtomobillərinə gəlincə, bu avtomobillərdən 62,3 min ədədi 2022-ci ildə istehsal olunub.
oxu.az
Bu ilin 6 ən sərfəli elektrik avtomobili - Pul verməyə dəyər - SİYAHI
2026-cı ilin ən yaxşı yeni avtomobilləri AÇIQLANDI - FOTO
Dünyada ən çox satılan elektrikli avtomobil markası - SİYAHI
Dünyanın ən etibarlı avtomobil brendləri - SİYAHI
Yaşı 15-dən çox olan maşınların idxalına icazə veriləcək – RƏSMİ AÇIQLAMA
Dünyanın ən sürətli elektromobilləri – ARAŞDIRMA
Məşhur aktyorun 50 milyonluq avtomobili - FOTOLAR
Avropa elektromobil batareyaları sahəsində Çindən 20 il geri qalır
"Niva" bahalaşdı
Çin avtomobili Çar Rusiyasının brendi kimi təqdim edilir - FOTO
Özünə 200 minlik yeni avtomobil aldı - FOTO











