Rusiyada satışda cəmi 313 “xarici maşın” qalıb - FOTO

Rusiya bazarında aşağı büdcəli təzə “xarici maşın”lar tükənib. Yalnız Çin modelləri istisnadır.
Avtosfer.az-ın xəbərinə görə, Citroen, Kia, Opel, Skoda, Volkswagen və Renault öz saytlarında cəmi 313 avtomobil təklif edir. Hyundai isə bütün təzə avtomobillərin satılıb qurtardığını bildirib.
Rusiyada aprelin 21-nə olan məlumata görə, 127 Skoda Rapid, 93Volkswagen Polo, 48 Citroen C4, 45 Kia Rio qalıb. Renault Logan və opel Astra kimi böyük tələbat olan maşınlıar çoxdan satılıb qurtarıb.
Dəyişməz iqtisadi qanun olan təlb və təklif burada öz sözünü deyir: aşağı büdcəli avtomobillər 80%-dək bahalaşıb. Məsələn, 2 il əvvəl 11 000 dollara satılan Kia Rio indi 18 500 dollardır.
Doğrudur, bu boşluğu “paralel idxal” yolu ilə qismən doldurmaq mümkün olsa da, risklidir. Əvvəla, maşın alverçiləri sərfəli olmadığı üçün aşağı büdcəli avtomobilləri gətirmir. Digər tərəfdən, gəlmə avtomobillərin zəmanəti olmur. Bahalı modellərdə ən ciddi problem isə proqram təminatıdır.
Vüqar Yaşaroğlu
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO













