Rusiyada Stalin dövrünün mühərriki “modernləşdirir”

Avqustda ZMZ V8 mühərrikinin 2 yeni versiyasının istehsalı başlayacaq.
Avtosfer.az-ın xəbərinə görə, hazırda mühərrik ZMZ 523 adı ilə buraxılır. 4,67 litrlik mühərrik 120 at gücü hasil edir! İstehsalçı zavod mühərrikin Avro-4 sinfinə uyğun gəldiyini iddia edir.
Mühərrik tələbat az olduğu üçün 2021-ci ilin sonunda istehsaldan çıxarılmışdı. Lakin sanksiyalar fonunda başlanğıcını 30-cu illərdəki ABŞ texnologiyasından götürən mühərrik təkrar konveyerə qaytarıldı. Bu mühərriklər QAZ və PAZ-ın ən ucuz versiyalarına qiraşdırılır. İndi isə zavod gələn ay mühərrikin injektor versiyasını və təbii qazla işləyən variantının istehsalına başlamaq istəyir.
Bir qədər də Avro-4 barədə. İstehsalçının nə dediyindən asılı olmayaraq bir fakt məlumdur. Karbüratorlu mühərrikdə yalnız Avro-1 ekoloji normaları əldə etmək mümkündür. O da sıxma dərəcəsi çox olan mühərrikdə.
Əgər karbüratorla belə üstün nəticə əldə etmək mümkün idisə nə üçün Qərb ölkələri istehsalı və texniki qulluğu baha başa gələn injektora milyonlarla xərc qoyurdu? Bəlkə Rusiya avtomobil sektorunda da hansısa “gizli texnologiya”ya sahibdir?
Vüqar Yaşaroğlu
Yeni ekoloji standartlar gəlir
Nəhəng avtomobil şirkətindən şok qərar: 50 min işçi çıxarılır
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır












