Sanksiya "PAZ" avtobuslarını keçmişə qaytardı - FOTO

Ötən dekabrda Rusiyada ZMZ-523 və ZMZ-524 mühərriklərinin istehsalı dayandırılanda avtomobil jurnalları xəbəri belə verdi: “Yarım əsrlik mühərrik pensiyaya yola salındı”. İndi isə pensiyaçını geriyə, işə qaytarırlar.
Avtosfer.az xəbər verir ki, Sollers şirkəti Zavoljsk Motor Zavodunda 1963-2021-ci illərdə istehsal olunmuş mühərriki yenidən konveyerə qaytarır. Söhbət QAZ-53 avtomobilində və PAZ avtobusda gördüyümüz yöndəmsiz benzin mühərrikdən gedir. İstehsal ötən il dayansa da, ucuz PAZ-lar yayadək bu mühərriklə təchiz edilib. Bu avadanlığa həm zavodlarda, həm də xalq arasında ciddi tələbat yaranıb.
Sanksiyaların təsiri nəticəsində Rusiyada PAZ avtobusları və QAZ yük avtomobillərini komplektləşdirmək üçün Dizel mühərrik istehsal etmək mümkün deyil. Çünki bütün vacib detallar Almaniyadan alınmalıdır. ZMZ mühərrikinin istehsalı isə texnoloji cəhətdən asandır. Söhbət ötən əsrin 50-ci illərində layihələndirilmiş 4,67 litrlik V8 karbürator mühərrikdən gedir. 128 at gücünə malik mühərrik sonradan cüzi təkmilləşmə ilə 76 oktanlı benzinə uyğunlaşdırılıb. Rusiyada hazırda 80 oktanlı benzin istehsal olunsa da, böyük şəhərlərdə satılmır. Yeni istehsal edilən mühərrik həm konveyerdə təzə avtomobillərə quraşdırılacaq, həm də açıq satışda olacaq. Ordudakı avtomobillərin də mühərrikləri yenilənərkən onlar işə yarayacaq.
Bəli, 21-ci əsrdə dünyanın ən böyük ölkəsi yük avtomobilini karbüratorlu mühərriklə təmin etməyə hazırlaşır. Artıq bütün təchizatçılar məlumatlandırılıb, istehsala yaxın aylarda start veriləcək.
Nəhayət, ekoloji sinifə gəlincə, ZMZ-524-ün rəsmən Avro 3 normalarına cavab verdiyi deyilsə də, rusdilli internet forumlarda Avro-3 (avro mənfi 3) deyilir. Kim haqlıdır?
Vüqar
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı














