Şavkat Mirziyoyev daha bir avtomobil zavodu tikməyi təklif edib

Özbəkistanın Sırdərya vilayətində avtomobil zavodu tikilə bilər.
Özbəkistan mediası bildirir ki, bu təkliflə respublika prezidenti Şavkat Mirziyoyev çıxış edib.
Məlumata görə, dövlət başçısının çıxışının müvafiq kadrları Özbəkistanın “Özbəkistan 24” telekanalında dərc olunub. Şavkat Mirziyoyev paytaxtdan uzaqda yerləşən Sırdəryada niyə avtomobillərin istehsal olunmaması ilə maraqlanıb.
“Gəlin, yaxşı bir Çin zavodunun əsasını qoyaq. Avtomobil zavodları nə qədər çox olsa, qiymət bir o qədər aşağı, keyfiyyət isə o qədər yüksək olar. Biz bunu edə bilərik? Təbii ki, bacarırıq”, - deyə prezident bildirib.
Medianın məlumatına görə, Özbəkistanda vətəndaşlar əsasən "Chevrolet" markalı avtomobillərini idarə edirlər. Lakin son illər özbəklər başqa markalı xarici avtomobillərə üstünlük verirlər. Böyük şəhərlərdə onların sayı nəzərəçarpacaq dərəcədə artıb. Baha olmasına baxmayaraq, vətəndaşlar xarici avtomobillərin yerli avtomobillərdən daha rahat və sərfəli olduğuna inanırlar.
Bundan əvvəl bildirilmişdi ki, Qazaxıstanda “Allur Şirkətlər Qrupu” Cənubi Koreya istehsalçısı “Kia Corporation” ilə birlikdə Kostanayda "Kia" avtomobillərinin istehsalı üzrə zavodun tikintisinə başlayacaq. /Musavat.com/
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












