Shelby Ford F-150 Raptor pikapı üçün yenilənmələr paketini hazırlayıb - FOTO

Məşhur Shelby Amercan şirkəti "bərkgedən" Ford F-150 Raptor pikapı üçün yenilənmələr paketini hazırlayıb. Yeni paketə sifarişlər artıq qəbul olunur və 2021 və 2022 model ilinin pikapları üçün əlçatandır.
Cari Ford F-150 Raptor modelinin mühərriki 457 at qüvvəsi və 692 Nm fırlanma anı hasil edir. Shelby isə mühərriki 532 at qüvvəsi və 826 Nm fırlanma anı üçün tənizmləyir. Bir sözlə, artım 76 at qüvvəsi və 135 Nm təşkil edir.
Yenilənmə paketinə böyüdülmüş hava girişi və alüminium interkuler daxildir. Opsional olaraq, daha məhsuldar firma buraxılış sistemini və BDS komponentlərindən ibarət olan asqının hündürlüyünün artırılması dəstini sifariş etmək mümkündür.
Əlbəttə ki, F-150 Raptor modelinin xarici görünüşü də təkmilləşdirilib: pikap LED elementləri olan ön bamperi, havalandırma dəlikləri olan kapotu və Shelby yazısı həkk edilmiş radiator barmaqlığını əldə edib. Kuzovdakı qara zolaqları da unutmamaq gərəkdir. Bundan başqa, irəli çıxan kandar pillələri də işıqlandırılır.
Yük bölməsində LED zolağla olan qara barmaqlıq və iki ehtiyat təkəri peyda olub. Pikap 37-düymlük BF Goodrich KM3 Mud Terrain yolsuzluq şinləri taxılmış 18-düymlük disklərlə təchiz olunur.
İnteryerdəki yeniliklər oturacaqların kürək hissəsinə və ayaqaltılara tikilmiş Shelby loqotiplərindən ibarətdir. Bundan başqa, karbon lifindən işləmələr, alüminium pedallar və tündləşdirilmiş şüşələr də var. Yenilənmə paketinin qiyməti 54.995 dollar təşkil edir. Avtomobilin satış qiymətini də nəzərə alsaq, hazır Shelby F-150 Raptor pikapının qiyməti 127.895 dollara qədər arta bilər. (autograph.az)
Bu avtomobilin rekordunu 110 ildir yenilənmir - FOTO
İlk elektrikli "Ferrari"nin qiyməti ŞOKA SALDI
Elektrikli avtomobil bazarında liderlər dəyişir? – STATİSTİKA
Almaniyanın avtomobil sənayesində məşğulluq səviyyəsi 5,8 faiz azalıb
Aİ-dən avtomobil sahəsində radikal dəyişiklik: Təkrar emal məcburiləşdirilir
“Tesla” bu problemə görə 20 mindən çox avtomobili geri çağırır: Səbəbi isə bu imiş
Loqo dəyişdi, müştərilər üz döndərdi
Çaylar quruyur, Hitler dövrünün maşınları üzə çıxır
Dünyanın ən böyük detal istehsalçıları
Cəmi 20 ədəd istehsalı olunmuş avtomobilin hamısını bir ailə aldı
Yeni “Bugatti” belə olacaq - FOTOLAR
















