"Skoda Enyaq iV" krossoveri də "RS" versiyasına sahib olub

İlin əvvəlində debüt etmiş Enyaq Coupe iV krossoveri Skoda markasının RS indeksini alan ilk elektromobili olub. İndi isə, eyni indeksə daha praktik kuzovlu Enyaq iV krossoveri də sahib olub. "Bərkgedən" krossoverin gəlişi iki il əvvəl anons edilsə də, o, yalnız indi rəsmi olaraq RS xəttinə əlavə edilib. Enyaq RS Coupe iV və Enyaq RS iV modelləri texniki cəhətdən eynidirlər. Hətta hər iki krossover 100 km/saat həddinə eyni 6,5 saniyəyə sürətlənirlər.

Enyaq RS modeli 306 at qüvvəsi və 460 Nm fırlanma anı hasil edən iki elektrik mühərriki ilə hərəkətə gəlir. Dartma batareyasının tutumu 82 kilovat-saatdır və o, elektromobili 500 kilometrə qədər yürüş ehtiyatı ilə təmin edir. 0,265 bərabər olan aerodinamik müqavimət əmsalı enerji istehlakını azaltmağa kömək edir. 135 kilovatlıq terminaldan istifadə halında, batareyanın 10 faizdən 80 faizə qədər doldurulmasına 36 dəqiqə gərəkdir.

Krossoverin standart təchizatına 20-düymlük təkər diskləri, hündürlüyü azaldılmış asqı (öndə - 15, arxada - 10 millimetr), matrisa fənərləri və 131 LED ilə işıqlanan Crystal Face barmaqlığı daxildir. Salonda multimedia sisteminin 13-düymlük sensorlu ekranı və 5,3-düymlük rəqəmsal cihazlar paneli var. Bundan əlavə, tamamlanmış reallıq funksiyası olan proyeksiyası displeyini də sifariş etmək mümkündür. İki tərtibat variantı təklif edilir: oturacaqları süni zamşa və ya dəri ilə üzləmək olar.


Enyaq RS iV modelinin qiyməti hələlik məlum deyil. Hazırda Böyük Britaniyada krossoverin ən bahalı variantı - 80x SportLine Plus modelinin qiyməti 51 765 funt sterlinqdən, Enyaq RS Coupe iV modelinin isə 54 370 funt-sterlinqdən başlanır. Böyük ehtimalla, Enyaq RS iV krossoveri Enyaq RS Coupe iV modelindən bir qədər ucuz olacaqdır.
autograph.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












