"SsangYong" adını dəyişdirəcək

SsangYong Motor şirkətinin tezliklə adını dəyişdirəcəyi barədə məlumat peyda olub. Bundan sonra Cənubi Koreya istehsalçısı KG Mobility adlanacaqdır. Bu barədə xəbəri Koreya şirkətinin yeni rəhbəri Kvak Ce Suna istinadən “The Korea Times” nəşri dərc edib. Top menecerin sözlərinə görə, yeni ad avtomobil istehsalçısının tarixindəki növbəti fəsli açacaqdır. Adın KG Mobility olaraq dəyişdirilməsi 2023-cü ilin martında keçiriləcək səhmdarların ümumi yığıncağında Ce Sun tərəfindən şəxsən təsdiqlənməlidir.
SsangYong Motor şirkətinin yeni rəhbəri mövcud brendə hörmətlə yanaşıb və onun öz pərəstişkarlarının olduğunu qeyd edib. Bununla belə, Kvak Ce Sun bu adın "ağrılı bir imicinin" olduğunu da bildirib. Yeni SsangYong avtomobilləri KG brendi altında istehsal olunsa da, brendin tarixi və onun mövqeləndirməsi dəyişməyəcəkdir.
Kvak Ce Sun 2022-ci ilin yayında SsangYong Motor şirkətinin 62 faizlik səhm paketini alan və istehsalçını yox olmaqdan xilas edən KG Group kimyəvi konserninin sədridir.
autograph
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












