Sürücülük vəsiqəsi olmadan maşın sürməyə icazəsi olan yeganə şəxsin “Jaguar”ı hərraca çıxarılır - FOTO

Böyük Britaniya kraliçası II Elizabetə (1926-2022) məxsus “Jaguar X-Type Estate” universal avtomobili İngiltərənin “Historics Auctioners” hərrac evi tərəfindən hərraca çıxarılacaq.
Hərrac noyabrın 26-da keçiriləcək. Lot üzrə başlanğıc və minimum satış qiyməti müəyyən edilmədiyi üçün avtomobil nəzəri cəhətdən hətta bir funt-sterlinqə də satıla bilər.
Məlumata görə, II Elizabet 2009-cu ildə buraxılan avtomobilin ilk sahibi olub və cari ilin yazına qədər ondan istifadə edib.
Qeyd edək ki, kraliça avtomobil həvəskarı kimi şöhrət qazanmışdı. Hələ şahzadə ikən, II Dünya müharibəsi zamanı o, təcili yardım maşını sürücüsü kimi təhsil alıb. Keçən ilin noyabrında həkimlər ona iki həftəlik istirahət etməyi tövsiyə edəndən bir neçə gün sonra monarx “Jaguar”ın sürücü oturacağında görünmüşdü.
Onu da bildirək ki, II Elizabetin heç vaxt sürücülük vəsiqəsi olmayıb. O, Birləşmiş Krallıqda lisenziyasız və nömrə nişanı olmadan avtomobil idarə etməyə icazə verilən yeganə şəxs idi.
oxu.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












