Taksi sürücüləri üçün «ideal avtomobil» SATIŞA ÇIXARILDI – QİYMƏT

Çində «taksi sürücüləri üçün ideal» avtomobil satışa çıxarılıb.
Avtosfer.az xəbər verir ki, noyabrdan etibarən satışa çıxarılan «BYD D1» markalı elektrik avtomobili dünyanın ən böyük taksi aqreqatoru DiDi ilə birgə hazırlanıb.
Beşqapılı D1 modelinin maraqlı xüsusiyyəti odur ki, bu maşın kommersiya məqsədləri üçün istifadəyə üuyğunlaşdırılıb, yəni daha dözümlü buraxılıb.
Salon aşınmaya davamlı dəri əvəz edicisi ilə işlənib, sağ tərəfdəki qapı sürüşmə ilə olub, avtomobil bir dəfə enerji yığmaqda 418 km məsafə qət edə bilir.
Elektromobilin 136 at güclü elektrik mühərriki və ən zəruri avadanlıqları var - oturacaqların isidilməsi, kondisioner, quraşdırılmış videoregistratorlar, kruiz kontrol, avtomatik əyləc sistemi, parkinq sensorları və arxa görüntü kamerası.
Maşın cəmi 35 dəqiqəyə 30 faizindən 80 faizə qədər enerji yığa bilir.
Konfiqurasiyadan asılı olaraq, BYD D1 156-168 min yuana, (21-23 min dollara) başa gəlir.
Ekspertlər bu qiymətin ucuz olmadığını bildirirlər. Belə ki, bu qiymətə Çində ən yaxşı təchiz olunmuş hibrid «Toyota Corolla» və ya sadə «Hyundai Sonata» almaq olar.
ted.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












