"Tesla" avtomobilləri "Samsung" imzasını daşıya bilər

"Samsung"-un İdarə Heyətinin sədri Lee Jae-yong bu yaxınlarda "Tesla"-nın baş direktoru İlon Mask ilə görüşüb. Avtomobil prosessorlarının istehsalı ilə bağlı keçirilən görüşdə mühüm irəliləyişlər olub.
Avtosfer.az xəbər verir ki, "Tesla" bundan sonra istehsal edəcəyi avtomobillərində FSD (Tam Avtonom Sürücülük) texnologiyası üçün çip təchizatçısı axtarır. Bu baxımdan ən iddialı namizədin "Samsung" olduğu bildirilir. İki şirkət arasında razılıq əldə olunarsa, "Samsung" "Tesla" markalı avtomobillərin prosessorlarını istehsal edəcək. Bu prosessorların dizaynı "Tesla"-ya məxsus olacaq.
Artıq "Tesla" və "Samsung" arasında çoxlu əməkdaşlıq mövcuddur. Hazırda Koreya texnologiya nəhəngi "Tesla"-nı batareyalar, "Exynos Auto" prosessorları və kamera sensorları ilə təmin edir.
Görüşdən sonra şirkətlərdən hələ ki, dəqiq açıqlama verilməyib.
Trend
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












