“Tesla” Berlindəki müəsisəsində üç növbə ilə işləməyə başladı - FOTO

Amerikalı avtomobil istehsalçısı olan “Tesla” Berlinin yaxınlığında müəsisəsi fəaliyyət göstərir. Təxmini 100 000 insanı işlə təmin edən bu müəsisə istehsal sürətini artırmaqla yanaşı artıq üç növbəli çalışmağa başlayacaq.
Avtosfer.az xəbər verir ki, dekabr ayından başlayaraq “Tesla”nın Gruenheide təsisinin üç növbəli iş qrafikiylə bağlı hazırlıqlar davam edirdi. Almaniyanın televiziya kanalı RBB tərəfindən verilən məlumatlara görə müəsisə hal-hazırda üç növbəli iş qrafiki ilə fəaliyyət göstərir. Belə ki, üçüncü növbə üçün lazım olan işçi heyəti uzun müddət əvvəldən təmin edilib.
Almaniyanın yerli məşğulluq agentliyinin rəhbəri olan Jochem Freyer verdiyi açıqlamada “Tesla”nın həftəsonu dördüncü növbəsinin də əlavə olunacağını qeyd etdi. “Tesla”nın Almaniyadakı müəsisəsində həftə ərzində 5000 avtomobil istehsal olur. Bu da müəsisənin illik 250 min avtomobil istehsal etdiyini göstərir. Lakin “Tesla”nın direktoru Elon Musk-ın hədəfi olduqca yüksəkdir.
Belə ki, Elon Musk ildə 500 000 avtomobil istehsal etməyi hədəfləyir. Bu hədəfə çatdığı zaman “Tesla”nın rəhbəri Berlindəki müəsisənin həcmini artırmağı planlayır. Uzun müddət ərzində isə istehsalın illik 1 milyon ədədə yüksəlməsi gözlənilir.
Qeyd edək ki, “Tesla” yanvar ayında ortalama olaraq 20 faizlik endirimdən sonra 2023-cü ilin ilk üç ayında 422 875 avtomobil satışını həyata keçirib.
Nərmin Əkbər
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO

















