“Tesla” elektriklə işləyən ilk yük avtomobilini dekabrda sifarişçiyə ÇATDIRACAQ

“Tesla Inc” elektriklə çalışan “Semi Truck” adlı ilk yük avtomobilini dekabrın 1-də sərinləşdirici içki istehsalçısı “PepsiCo” kompaniyasına təhvil verəcək.
Avtosfer.az xəbər verir ki, bunu “Tesla” kompaniyasının sahibi İlon Mask özünün “Twitter” hesabında yazıb.
“PepsiCo” hələ 2017-ci ildə, “Tesla” elektriklə işləyən yük maşınları istehsal etmək planlarını açıqlayanda 100 ədəd “Semi Truck” sifariş vermişdi. İlk tədarükün 2019-cu ildə başlanması gözlənilsə də, “Tesla” bu tarixi dəfələrlə geri çəkmişdi.
Bir dəfə enerji doldurma ilə 500 mil (804,7 kilometr) məsafə qət edən yük avtomobilinin qiyməti 180 min dollardan başlayır.
“Tesla”nın səhmləri cümə günü Nyu-Yorkda keçirilən ilkin hərracda 0,2 faiz ucuzlaşıb. Eyni zamanda, ilin əvvəlindən bəri kompaniyanın bazar kapitallaşması 32,4 faiz, “Nasdaq Composite indeksi” isə 29 faiz azalıb. (Azərtac)
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












