""Togg" üçün müraciət etmişəm, amma..." - Çavuşoğlu - VİDEO

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yerli istehsal "Togg" elektromobili almaq üçün iki dəfə müraciət etdiyini açıqlayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə nazir Antalyanın Konyaaltı Şəhər Meydanında "Togg"un nümayiş etdirmə mərasimində deyib.
Dünyanın hər yerindən "Togg"a böyük marağın olduğunu dilə gətirən Çavuşoğlu, iki dəfə müraciət etdiyini, lakin hələ də avtomobil almadığını bildirib.
"Togg"u xaricə göndərəcəklərini bildirən nazir Mövlud Çavuşoğlu çıxışını belə davam edib:
"Təbii ki, biz onu xaricə göndərəcəyik ki, ilk növbədə vətəndaşlarımızın tələbləri yerinə yetirilsin. Paylanma yeni başlayıb. Tələblərdən sonra bu maşınları daha sonra bütün nümayəndəliklərimizə göndərəcəyik, həm də Baş konsulluqlarımıza və səfirliklərimizə, dünyanın hər yerində öz avtomobilimizdən istifadə etmiş olacağıq və bunu bütün dünyada görəcəksiniz".
Həmçinin, Çavuşoğlu Türkmənistanın onlardan ağ "Togg" istədiyinə diqqət çəkib: "Evlər ağ, yollar, mərmərlər ağdır. Ona görə də nəqliyyat vasitələri də ağdır, müxtəlif rəngli nəqliyyat vasitələrini nadir hallarda görürsünüz. Oraya ağ maşın göndərəcəyik".
Unikal
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












