Toyota apreldə rekord sayda avtomobil istehsal edib

Yapon avtomobil istehsalçısı 2023-cü ilin aprelində istehsal rekorduna imza atıb. Konsernin təqdim etdiyi hesabatında yazın ikinci ayında konveyerdən 787,8 min avtomobil çıxdığı (2022-ci ilin apreli ilə müqayisədə +13,8%) göstərilir ki, bu da Toyota şirkətinin tarixindəki maksimum göstəricidir.Yaponiyadakı müəssisələrdə 273,06 min avtomobil istehsal edilib: bu göstərici 12,2% artsa da, rekord göstərici deyil. Lakin xarici zavodlar 514,74 ədəd istehsal edib ki, bu da bir il əvvəlkindən 14,7% çoxdur.
Təkcə Hindistanda istehsal iki dəfədən çox, 119% artıb. Çində 51,9% və ya 1,5 dəfə artım qeydə alınıb – bunun əsas səbəbi Şanxaydakı zavodun yenidən işə salınmasıdır. Ümumilikdə, Asiyadakı avtomobil istehsalı il ərzində 21,5% artıb. Avropa bazarlarında da 19,3% həcmində sürətli artım müşahidə olunub. ABŞ, Kanada və Meksikada əldə edilən nəticə isə, keçən illə müqayisədə 6% yüksək olub.
Satışlar baxımından Toyota ay ərzində 800 863 avtomobil satmağı bacarıb ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,9% çoxdur. Çində satışlar 46,3% artaraq 162,6 minə, Yaponiyada isə 21,5% artraq 125,3 minə çatıb.
Elektromobillərin payı ilk dəfə bir faizi keçib: aprel ayında 8584 ədəd elektrokar satılıb.
Ümumilikdə, 2023-cü ilin son dörd ayı ərzində Toyota 3,2 milyondan çox avtomobil satıb (+2,6%) ki, onlardan 26 057 ədədi elektromobillərin payına düşür. Ümumi istehsal həcmi 6,8% artaraq 3,13 milyona çatıb.
autograph.az
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır










