"Toyota" növbəti nəsil "CH-R" krossoverinin carçısını nümayiş etdirib

Toyota gələn il seriya krossoveri kimi debüt etməsi gözlənilən C-HR Prologue konseptinin şəkillərini yayımlayıb. Yığcam krossover, artıq Aygo X, bZ3 sedan, beşinci nəsil Prius və noyabrda nümayiş etdirilən elektrik bZ Compact SUV modellərində sınaqdan keçirilmiş firma dizayn üslubunda görünüşə malik olacaqdır. Texniki hissə ilə bağlı təfərrüatlar azdır, lakin modelin Avropada iki hibrid güc qurğusu ilə təklif ediləcəyi məlumdur.
C-HR Prologue konsepti indiki C-HR modelindən daha aqressiv görünür. Model daha qısa kuzov çıxıntılarını, üçrəngli kuzovu, firma hammerhead (“çəkic balığı”) burun hissəsini, əyri LED fənərləri və böyük diffuzoru alıb. Qarşımızda C-HR modelinin durduğu, nisbətlər və kiçik yan pəncərələr sayəsində təxmin edilir.
Şou-kar arxa güzgüləri əvəzləmiş kameralar və kuzovda gizlənmiş qapı tutacaqları malikdir - yəqin ki, bu detallar seriyaya getməyəcəklər. Toyota şirkətindən qısaldılmış çıxıntılar və bir qədər uzadılmış təkər bazası sayəsində krossoveri "daha geniş və praktik" etməyə nail olduqlarını bildiriblər. Yeni C-HR üçün böyük ekranlar da vəd edilir, lakin istehsalçı şüşələri tam şəkildə tündləşdirərək interyeri gizli saxlamaq qərarına gəlib.
Güc aqreqatları ilə bağlı məlumat da açıqlanmayıb. Seriya krossoverinin Avropada iki güc aqreqatı – hibrid və plagin hibrid güc qurğusu ilə təklif olunacağı məlumdur. Konseptin "əmtəə" versiyasının yeni Prius modelinin inşa edildiyi təkmilləşdirilmiş TNGA platformasına əsaslanacağı güman olunur.
Modelin bazara çıxarılması 2023-cü ildə - birinci nəsil Toyota C-HR krossoverinin debütündən yeddi il sonra gözlənilir. Krossover yapon istehsalçısının model xəttində Yaris Cross və Corolla Cross arasında yer alacaqdır.
Analitiklər Tesla elektrokarlarının alıcılarının 15 faizinin əvvəllər Toyota sahibi olduğunu müəyyən ediblər. Yapon şirkəti elektrikləşdirmə sahəsində rəqiblərindən geri qalır: indiyədək onun arsenalında yalnız bir bZ4X elektromobili var ki, o da istehsalçı üçün problem yaratmağa davam edir .
autograph.az
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR
Çinin lüks elektromobilinin yanmasının səbəbi üzə çıxdı
Baş direktor: Lüks avtomobil sahibləri elektromobilə maraq göstərmirlər
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri












