Tramp: Hamı Miçiqanda avtomobil istehsal etmək istəyir

ABŞ-nin 32-ci prezidenti Franklin Ruzveltin hakimiyyəti dövründən başlayaraq bu ölkədə ilk 100 gün yeni administasiyanın fəaliyyətinin qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etməyə başlayıb. Birləşmiş Ştatların 47-ci prezidenti Donald Trampın Miçiqanda tərəfdarları ilə görüşü də məhz onun hakimiyyətdə olmasının ilk 100 günü münasibətilə təşkil olunub.
Avtosfer.az xəbər verir ki, Ağ Ev rəhbəri bu müddət ərzində əldə olunan nailiyyətlərdən danışıb, ölkədə qızıl dövrün başladığını bəyan edib. ABŞ Prezidenti Donald Tramp hakimiyyətdə olduğu ilk 100 gün ərzində ölkə tarixində misli görünməmiş uğurlar əldə etdiyini və bunun hələ başlanğıc olduğunu bəyan edib. Saat yarımlıq nitqinin əvvəlində Donald Tramp avtomobil sənayesinin inkişafı məsələsinə toxunub. O, vergilər və gömrük rüsumları ilə bağlı yürütdüyü siyasət sayəsində ABŞ-də bu sahənin çiçəklənəcəyini bəyan edib.
Yeri gəlmişkən, Trampın tərəfdarları ilə görüşünün keçirildiyi yer ABŞ-nin avtomobil sənayesinin mərkəzi hesab olunan Detroyt yaxınlığındakı Uorren şəhəri olub.
“Siz nələr olacağını görməlisiniz. Onlar hamısı Miçiqana gəlib yenidən avtomobil istehsal etmək istəyirlər. Bilirsiniz niyə? Bizim vergi və rüsum siyasətimiz sayəsində.
Dünyanın hər yerindən gəlirlər. Onlar gəlirlər, zavodlar açırlar və gecə-gündüz bizimlə danışıqlar aparırlar” – deyə Tramp vurğulayıb.
Rəhbərlik etdiyi administrasiyanın qanunsuz miqrasiya ilə mübarizəsindən danışarkən Ağ ev rəhbəri bu istiqamətdə uğurlu iş aparıldığına diqqət çəkib. Donald Tramp bir çox məsələlər, o cümlədən miqrasiya ilə bağlı yürüdülən siyasətlə bağlı Bayden administrasiyasının ünvanına sərt tənqidlər səsləndirib.
“Biz qanunsuz miqrasiyaya son qoyuruq, iş yerlərimizi geri qaytarırıq, amerikalı avtomobil sənayesi işçilərimizi və bütün işçiləri qoruyuruq. Biz səfeh bir adam sayəsində bir növ itirilmiş qanunun aliliyini bərpa edirik. O, şəxs ümumiyyətlə necə prezident ola bilib? Biri mənə bunu izah edə bilər?” – deyə prezident soruşub.
Vüqar
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək
“Pobeda”: çürüməyən avtomobil, yoxsa kolxozsayağı istehsal? - FOTOLAR
“Tesla”nın Hindistanda elektromobil istehsalı başlamadan bitdi - FOTO
“Lada”nın Almaniyada yarım əsrlik fəaliyyəti başa çatdı
Çin avtomobillərində elektronikanın “reanimasiyası”: SÖNDÜR-YANDIR DÜZƏLƏCƏK
2025-ci ildə dünyada elektromobil və hibrid alışına 60 milyard dollar dəstək verilib
ABŞ avtomobil nəhəngindən sensasiyalı qərar: Bu funksiya ləğv edildi - RƏSMİ








