Trampdan elektromobillə bağlı SƏRT ADDIM

ABŞ Prezidenti Donald Tramp elektromobillərlə bağlı federal dotasiyanı ləğv edib.
Avtosfer.az xəbər verir ki, dotasiyanın həcmi 1 yeni elektromobil üçün 7500 dollar idi. Trampın fikrincə, bu yardım ədalətsizdir və digər maşınların satışını çətinləşdirir.
Dövlət başçısı eyni fərmanla elektrikdoldurma stansiyalarının da tikintisinə dövlətdən maliyyə ayrılmasını dayandırıb. Halbuki, Co Bayden 2021-ci ildə bu sahəyə 7 milyard ayırmışdı. Məqsəd 2030-cu ilədək doldurma stansiyalarının sayını yarım milyona çatdırmaq olub.
Ekspertlərin rəyinə görə, bu qərardan sonra ABŞ-də elektromobilə keçid ləngiyəcək. 2030-cu ilədək parkın heç 30 faizini elektromobillər təşkil etməyəcək.
Bu qərardan sonra dövlət subsidiyası hesabına fəaliyyət göstərən elektromobil istehsalçıları müflis olacaq. Lakin bu addım İlon Maskın işinə yarayıb. Əslində təklif də elə Maskdan gəlib.
Ümumiyyətlə, Trampın avtomobil sənayesi ilə bağlı addımları ciddi narahatlıq doğurur.
Daha ətraflı aşağıdakı linkdə:
Vüqar Yaşaroğlu
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR
1984-cü ildə Avropada "VAZ-2107" reklamı - FOTO
“Toyota”nın Avropada rekordu
Yeni ekoloji standartlar gəlir
Nəhəng avtomobil şirkətindən şok qərar: 50 min işçi çıxarılır












