Trampın Çin avtomobilləri ilə bağlı planı ABŞ-də narahatlıq yaratdı

İri avtomobil istehsalçıları, tədarükçülər və dilerlər ABŞ Prezidenti Donald Trampı gələn həftə Çin Prezidenti Si Cinpinlə planlaşdırılan görüşü ərəfəsində Çin avtomobil istehsalçılarının ABŞ bazarına daxil olmasına icazə verməməyə çağırıblar.
Avtosfer.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə altı avtomobil sənayesi təşkilatının Trampa ünvanladığı məktubda bildirilib.
Keçən həftə Tramp "Fox News"ə müsahibəsində Çin avtomobil şirkətlərinin ABŞ-də avtomobil istehsal etməsinə qarşı olmadığını bildirib.
"General Motors", "Toyota", "Volkswagen", "Ford", "Hyundai", "Stellantis", "Tesla" və digər şirkətlərin maraqlarını təmsil edən təşkilatlar Tramp administrasiyasını Çin avtomobil istehsalçılarının ABŞ-də avtomobil satmasına, idxal etməsinə və ya istehsal etməsinə imkan verilməməsi ilə bağlı mövcud siyasəti qorumağa çağırıblar.
Məktubda qeyd olunub ki, Çin avtomobil istehsalçılarının ABŞ bazarında payı hazırda sıfırdır. Təşkilatların mövqeyinə görə, Çin şirkətlərinin ABŞ-də istehsal müəssisələri açmasına icazə verilməsi yerli avtomobil istehsalçılarına təsir göstərə və iş yerlərinin Çin şirkətlərinə keçməsinə səbəb ola bilər.
2025-ci ildə ABŞ-də qüvvəyə minən qaydalar Çinlə əlaqəli avtomobillərin və onların texnologiyalarının ABŞ bazarına çıxışını məhdudlaşdırıb. Məhdudiyyətlərin əsaslandırılmasında, digər məsələlərlə yanaşı, sürücülərin məlumatlarının təhlükəsizliyi ilə bağlı narahatlıqlar göstərilib. ABŞ Çin istehsalı elektromobillərə 100 faizlik tarif də tətbiq edir.
Hazırda Konqresdə Çin avtomobillərinin ABŞ bazarına çıxışına dair məhdudiyyətlərin daha da sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsi müzakirə olunur.
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR
Çinin lüks elektromobilinin yanmasının səbəbi üzə çıxdı
Baş direktor: Lüks avtomobil sahibləri elektromobilə maraq göstərmirlər
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO











