Trampın qərarı Azərbaycan bazarına necə təsir edəcək?

ABŞ-ın bütün xarici istehsal avtomobillərə 25 faiz rüsum tətbiq edib. Yeni rüsumlar yerli vaxtla aprelin 2-si gecə yarısından (Bakı vaxtilə 3 aprel, saat 08:00) etibarən qüvvəyə minib.
Avtosfer.az xəbər verir ki, eyni gömrük tarifləri ehtiyat hissələri və komplektləşdiricilərə də şamil ediləcək. Lakin bu mallar üçün yeni rüsumlar mayın 3-dən tətbiq ediləcək.
Ekspertlərin qənaətinə görə ABŞ-də yeni avtomobillər gələn həftədən etibarən 2500 – 25 000 dollar arası bahalaşacaq, bazar 20 faiz kiçiləcək. Bu da böyük istehsalçılara kütləvi zərbədir. Tanınmış markalar üçün əsas bazar ABŞ əsas bazar olaraq qalır.
İşin digər tərəfinə gəlincə: böyük istehsalçıların yaranan boşluğu doldurması və istehsal tempini saxlaması naminə digər bazarlar üçün nəzərdə tutulan modelləri ucuzlaşdırması da gözlənilən biznes həlləri arasındadır. Lakin hansı markanın nə vaxt və qədər endirim edəcəyini indidən proqnozlaşdırmaq mümkün deyil. Qiymət siyasəti konkret markadan və bazar reallığından asılıdır.
Azərbaycanda da, bu qərarın təsirini görmək üçün bir müddət gözləmək lazım gələcək.
Vüqar Yaşaroğlu
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR
1984-cü ildə Avropada "VAZ-2107" reklamı - FOTO
“Toyota”nın Avropada rekordu
Yeni ekoloji standartlar gəlir
Nəhəng avtomobil şirkətindən şok qərar: 50 min işçi çıxarılır












