Türkiyə naziri elektromobilini özü yuyub - FOTO
Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank elektromobilini özü yuyub.
“Report” xəbər verir ki, nazir sosial şəbəkədəki hesabında “Bayram təmizliyi” qeydi ilə “Togg”un yuyarkən çəkilən fotoları paylaşıb.
Qollarını çırmayıb milli elektromobil “Togg”u yuyan Varankın paylaşımı qısa zamanda rəğbətlə qarşılanıb.
Xatırladaq ki, "Togg" Türkiyənin ilk yerli elektromobilidir. Onun istehsalına başlanılmasının anonsunu ilk dəfə 2017-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan verib. Bundan bir il sonra qonşu ölkənin 5 aparıcı şirkəti - "Anadolu Group" (19 %), BMC (19 %), "Root Group" (19 %), "Türkcell" (19 %), "Zorlu Holding" (19 %) and TOBB (% 5) bir araya gələrək elektromobilin istehsalına başlamaq üçün birgə müəssisə yaradıb.
Müəssisədə ilkin olaraq ildə 175 000 ədəd elektromobilin istehsalı nəzərdə tutulub. 2030-cu ilə qədər isə illik istehsal gücü 1 milyon ədədi keçəcək.
Mustafa Varank daha əvvəl bildirib ki, vətəndaşların 95 %-i yerli elektromobili bəyənir. C sinifli SUV tipli elektromobil eyni sinifdəki daxili yanma mühərrikli avtomobillərlə rəqabət aparacaq.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












