Türkiyədən Özbəkistana ixrac edilən avtomobil sənayesi məhsullarının həcmi artıb

Türkiyə 2022-ci ilin yanvar-oktyabr aylarında Özbəkistana avtomobil sənayesi məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz azaldaraq 36,3 milyon dollara çatdırıb.
Avtosfer.az xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Oktyabr ayında Türkiyə Özbəkistana avtombil sənayesi məhsulları ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 42,6 faiz azaldaraq 3,3 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz artaraq 24,96 milyard dollara bərabər olub.
Bu ilin oktyabr ayında Türkiyə 2,7 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 1,8 faiz çoxdur.
Qeyd olunub ki , son 12 ay ərzində (oktyabr 2021- oktyabr 2022) Türkiyə 30,5 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.
Trend
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












