Türkiyənin avtomobil sənayesini bütün dünyaya tanıdacaq marka - “Togg”

"Togg" - Türkiyənin ilk yerli elektromobilidir.
Unikal nəqliyyat vasitəsinin sayca 2-cisi ötən gün Prezident İlham Əliyevə təqdim edilib.
Azərbaycanın dövlət başçısı onun ilk sifarişçilərindən biri olub.
"Togg"un istehsalına başlanılmasının anonsunu ilk dəfə 2017-ci ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan verib. Bundan 1 il sonra qonşu ölkənin 5 aparıcı şirkəti-"Anadolu Group" (19 %), "BMC" (19 %), "Root Group" (19 %), "Turkcell" (19 %), "Zorlu Holding" (19 %) and "TOBB" (% 5) bir araya gələrək elektromobilin istehsalına başlamaq üçün birgə müəssisə yaradıb. 2 ildən sonra isə Türkiyənin Bursa vilayətinin Gemlik rayonunda dəyəri 22 milyard lirə və yaxud 1 milyard ABŞ dollarından çox olan zavodun inşasına başlanılıb. Tikintisində 9 700 nəfərin iştirak etdiyi müəssisə 2022-ci ildə istismara verilib və ötən il oktyabrın 29-dan burada "Togg"un kütləvi istehsalına başlanılıb.
Müəssisədə ilkin olaraq ildə 175 000 ədəd elektromobil istehsal olunması nəzərdə tutulub. Bu isə 4 300 nəfərin işlə təmin olunması deməkdir. 2030-cu ilə qədər isə illik istehsal gücü 1 milyon ədədi keçəcək.
Artıq “Togg”un satışına start verilib. Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankın sözlərinə görə, vətəndaşların 95 %-i yerli elektromobili bəyənir. C sinifli SUV tipli elektromobil eyni sinifdəki daxili yanma mühərrikli avtomobillərlə rəqabət aparacaq.
Bu il martln əvvəlindən “Togg”un T10X modeli üçün ilkin sifariş prosesinə başlanılıb. İlk saatlardan model üçün 22 150 sifariş qəbul olunub.

Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır










