Türkiyənin buraxdığı elektrik avtomobilinin - TƏQRİBİ QİYMƏTİ AÇIQLANIB

Oktyabrın 29-da Türkiyənin təqdim etdiyi «Togg» elektrik avtomobilinin təqribi qiyməti açıqlanıb.
Avtosfer.az xəbər verir ki, bursada tikilmiş yeni avtoiobil zavodunun açılışı Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın iştirakı ilə baş tutub.
Tədbirdə bildirilib ki, «Togg» elektrik krossoveri bazara iki variantda təklif ediləcək: təkcə arxa təkərləri aparan 200 at güclü və hər iki təkərləri aparan 400 at güclü modellər. İkinci variantda hər təkər oxunda bir elektromotor olacaq.
Tək motorlu «Togg»lar 100 kilometr/saat sürətini 7,6 saniyəyə yığacaq, iki motorlularda isə buna 4,8 saniyə kifayət edəcək.
İstehsalçıların sözlərinə görə, «Togg»u 30 dəqiqədən az müddətdə 80% enerji doldurma etmək mümkün olocaq. Öz seqmentində ən uzun təkər bazasına - 2,8 metr - malik elektrik avtomobili 300 km və 500 km məsafəyə gedə biləcək. Avtomobillər 4G və 5G bağlantıları vasitəsilə uzaqdan yeniləmə də ala biləcəklər.
Gələcəkdə avtomobildə 3-cü səviyyəli avtopilot quraşdırılacıq, güzgülər isə kameralarla təchiz olunacaq.
Avtomobillərin mart ayından satışa çıxarılacağı gözlənilir.
Şirkətin CEO-su Mehmet Gürcan Karakaş bildirib ki, hələlik elektokorossoverin qiymətləri bəlli deyil: «Qiymətlər bəlli deyil, müasir dünyada heç bir peşəkar şirkət 5-6 ay əvvəlcədən qiymətləri açıqlamaz. Satışlara 1-ci rübün sonunda başlayacağımız üçün qiyməti də o zaman açıqlayacağıq»-deyə bildirib.
Türkiyənin ilk elektrik avtomobilinin əvvəlcə 6 ay ərzində daxili bazara, daha sonra isə Avropaya və bütün dünyaya satılacağı bildirilir.
Avtomobillərin dəqiq qiyməti olmasa da, güman edilən qiyməti açıqlanıb. Bu 43-54 min dollar arasında dəyişir. İstehsalçı beynəlxalq praktikanı əsas gətirərək dəqiq qiymətləri hələ açıqlamır.
«Togg» zavodu tam gücülə çatdıqda hər il 175 min avtomobil istehsal olunacaq. Ümumilikdə zavodda qarşıdakı 8 il ərzində 1 milyon avtomobil istehsal etmək hədəflənir.
fed.az
Bakı dayanmadan "Çin"ləşir - Avtomobillər bizi hara aparır?
Çində 1000 kilometr, Avropada 900: "BYD" batareyasının fərqi
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ










