Türkiyənin "Togg" avtomobili Türkmənistana da göndəriləcək

Türkiyənin ilk yerli elektrik avtomobili "Togg"un ağ rəngi Türkmənistana göndəriləcək.
Avtosfer.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, bazar günü Antalyada Togg Sərgi salonunu ziyarət edərkən jurnalistlərə açıqlaması zamanı deyib.
Çavuşoğlu, Türkiyə istehsalı olan “Togg” avtomobilinə başda türk dövlətləri olmaqla dünyanın hər yerindən böyük marağın olduğunu açıqlayıb.
"Türkmənistanın xarici işlər naziri Reşit qardaşımla telefonda danışdıq. Türkmənistan bizdən ağ rəngli Togg istədiyini ifadə etdi, biz də oraya ağ avtomobil göndərəcəyik. Ağ maşınlar bir aya istehsal olunacaq, bir aya göndərəcəyik",- deyə Çavuşoğlu bildirib.
Qeyd edək ki, ötən il oktyabrın 29-da Türkiyənin Bursa şəhərində inşa edilən “Togg” fabrikinin açılış mərasimi keçirilib. Tədbirdə iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Togg elektromobilini sınaqdan keçirib.
Ərdoğan ildə 175 min avtomobil istehsal ediləcəyini və 2030-cu ildə istehsalın 1 milyonu keçəcəyini bildirib. Avtomobil 200 və 400 at gücünə malik elektrik mühərriki ilə iki versiyada mövcuddur. 320 kVt güc istehsal edən versiya 0-dan 100 km/saata 4,8 saniyəyə sürətlənə biləcək. Avtomobilin güclü versiyası təxminən 500 kilometr məsafə qət edir.
Xatırladaq ki, ilk yerli elektrik avtomobili “Togg” aprelin 3-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğana təqdim olunub. Sonra həmin avtomobillərdən Azərbaycan və Özbəkistan Prezidentlərinə də göndərilib.
Bizim.Media
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı












