Unikal miqyaslı modellər kolleksiyası hərraca çıxarılıb - FOTO

Real superkarların eksklüziv miqyaslı modellərinin yaradılması üzrə ixtisaslaşmış Amalgam şirkəti 1:8-dən 1:12 miqyasına qədər olan unikal nüsxələri satışa çıxarıb. Miqyaslı modellərin qiymətinin bir neçə min avro olduğu bildirilib. Məsələn, yeganə nüsxədə mövcud olan miniatür Ferrari SF90 Stradale modelinin qiyməti hərrac zamanı yeddi min avroya qədər yüksəlib.
Avtosfer.az autograph.az-a istinadən bildirir ki, miniatür Ferrari SF90 Stradale modelini Ferrari şirkətinin sifarişi ilə hazırlayıblar. İtalyan şirkətinin mütəxəssisləri miniatür modeldən fərdiləşdirmə proqramının nümayişi üçün istifadə ediblər.
Satışa çıxarılan digər modellərin arasında 16 nüsxədə buraxılmış Bugatti 16C Galibier modelinin bir nüsxəsi, habelə 11 nüsxədən ibarət olan Mercedes-Benz F800 modelinin detallaşdırılmış surəti də var. Bugatti miqyaslı modelinin 10.000, Ferrari modelinin isə 15.000 avroya satılacağı gözlənilir.
Bundan başqa, hərracda "Le Manın 24 saatı" marafonunda iştirak etmiş Bugatti EB110 LM və Audi R8 sportprototiplərinin miqyaslı modellərini də satın almaq olar. Modellərin qiyməti 11-13 min avro arasındadır.
Eyni zamanda, Gran Turismo oyunu üçün yaradılmış "virtual" McLaren Ultimate Vision konseptinin surəti və Louis Vuitton moda evinin mütəxəssisləri tərəfindən hazırlanmış və 200 nüsxəlik tirajla buraxılmış Talbot-Lago 1150C SS Goutte d'Eau kupelərindən biri də əlçatandır.
Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək






















