"Volkswagen" şirkətinin ağıllı saatı avtopilotla hərəkəti daha təhlükəsiz edəcək

Alman şirkəti yarımavtonom avtomobillərin sahibləri üçün, idarəetmənin vaxtında sürücüyə ötürülməsinə nəzarət edən cihazı patentləşdirib. Saat sürücünü əllərini sükana zamanında aparması üçün lazım olan vaxtı hesablamaq üçün bir çox amillərə əsaslanacaqdır. Volkswagen yeni cihazın insan ilə elektronika arasındakı qarşılıqlı əlaqəni sadələşdirəcəyindən və təhlükəli vəziyyətlərin qarşısını almağa kömək edəcəyindən əmin olduğunu bildirib.
Sensorlar sistemi sayəsində ağıllı saat sürücünün əllərinin sürətlənməsini və mövqeyini aşkarlayaraq, ona vaxtında müdaxilə etmək üçün xəbərdarlıq edə biləcəkdir. İndiki yarıavtonom avtomobillərdə bu funksiya kameralar tərəfindən yerinə yetirilir, lakin Volkswagen ağıllı saatın daha yaxşı həll yolu olduğunu iddia edir.
İdarəetmənin ötürülməsi üçün tələb olunan vaxtın səhv müəyyən edilməsi elektronikanın yanlış reaksiyasına gətirib çıxarır - məsələn, təcili əyləcləməyə. Sistemin belə davranışı nəinki sürücünün lazımsız qıcıqlanmasına səbəb ola, həm də qəza vəziyyəti yarada bilər.
Volkswagen ağıllı saatı müxtəlif sensorlar, o cümlədən akselerometr və mövqe sensoru ilə təchiz ediləcəkdir. Onlar müxtəlif idarəetmə ssenariləri və hətta konkret sürücülər üçün tənzimlənə bilərlər. Cihaz onların reaksiyasının müxtəlif sürətini hesaba alacaqdır. O, həmçinin yol səthinin xüsusiyyətlərini də nəzərə alacaqdır: məsələn, kələ-kötürlü yol cavabı ləngidə bilər, vibrasiya sensoru isə bunu aşkar edəcəkdir.
Dolğun məlumatı əldə etmək üçün saatı avtomobilin adi kameralarına qoşmaq olar. Bu yolla onlar qarşıdakı nəqliyyatı “görə” və sürücüyə dərhal müdaxilə etməsi üçün işarə verə biləcəklər. Sensorlar sürücünün bunu etməyə vaxtının olmayacağını müəyyən edərsə, sistem əyləci işə salacaqdır.
Volkswagen patentində söhbət müasir ikinci səviyyəli avtopilotla qarşılıqlı əlaqədən gedir. Üçüncü avtonomluq səviyyəsinə keçid, brendin mühəndislərinin fikrincə, “texniki baxımdan ən böyük sıçrayışdır”. Nə olursa olsun, Tesla 2023-cü ildə demək olar ki, tam avtonomluğa çatmağa ümid edir. Müvafiq elektronikanı bir neçə gün sınaqdan keçirən Tesla şirkətinin başçısı İlon Mask, elektromobillərin artıq buna yaxın olduğunu bildirib.
autograph.az
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır










