“Volkswagen”in bu şəhərdəki zavodu bağlana bilər

Almaniyanın Aşağı Saksoniya federal əyalətinin Osnabrük şəhərindəki “Volkswagen” zavodu bundan sonra “Porsche”dən elektrik avtomobil modeli üçün istehsal sifarişi almayacaq.
Avtosfer.az DPA agentliyinə istinadla xəbər verir ki, “Volkswagen” bu məlumatı təsdiqləyib. Plana əsasən, 2026-cı ildən etibarən Osnabrük “Porsche”nin elektrik modelini istehsal etməli idi.
“Porsche” hazırda 2300 işçisi olan bu zavod üçün ən mühüm müştəridir. “Cayman” və “Boxster” avtomobillərinin daxiliyanma mühərrikləri 2022-ci ilin aprel ayından orada istehsal olunurdu. İndi isə “Volkswagen” şirkətinin ikinci ən kiçik zavodunun gələcəyi qeyri-müəyyən olaraq qalacaq.
Qeyd edək ki, “Volkswagen” hazırda yüksək xərclər və sifariş azlığı ilə üzləşib. Şirkət bu səbəbdən iş yerlərinin ixtisar olunacağını və zavodun bağlanacağını istisna etmir.
(azərtac)
Yeni ekoloji standartlar gəlir
Nəhəng avtomobil şirkətindən şok qərar: 50 min işçi çıxarılır
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır












