"Volvo" şirkəti yeni "EX90" krossoverinin interyerini nümayiş etdirib

Volvo şirkəti gələcək EX90 elektrik krossoverinin yeni şəkillərini dərc edib. Bu dəfə şirkət yeniliyin interyer elementlərini həm şəkillərdə, həm də videogörüntülərdə nümayiş etdirib. Dərc edilmiş təsvirlərdə məlumat-əyləncə sisteminin böyük sensorlu ekranını, avtomobilin ön panelinin işlənməsini və interyerin tərtibat variantlarını görmək olar.

Şirkət nümayədələri yeni krossoverin interyerinin bazardakı ən xoş və zərif salonlardan biri olduğunu bildirirlər. Alıcılara kuzovun rəngi ilə uyğunlaşan yeddi müxtəlif rəng və material kombinasiyası təklif olunacaqdır.
Volvo dizaynerləri bu konfiqurasiyaları “otaqlar” adlandırırlar. Onlar sərnişinləri adi avtomobilin salonunda deyil, hər bir müştərinin zövqünə və istəklərinə uyğun olaraq dizayn edilmiş rahat qonaq otağında səyahət etdikləri hissiyatı ilə təmin etməlidirlər.

Dizayn üzrə böyük menecer Cecilla Stark yeni EX90 modelinin salonunun heyvan dərisinin qoxusu kimi "köhnə avtomobil dəbdəbə elementlərini tarixin arxivinə" göndərdiyini qeyd edib. Krossoverin daxili bəzəyi üçün yalnız ekoloji cəhətdən təmiz materiallardan istifadə edilir.
Onların arasında FSC ağacı, yun və Nordico tekstilinin (təkrar emal edilmiş plastik butulkalara əsaslanan yeni tekstil məhsulları) qarışığı, İsveç və Finlandiyanın ekoloji cəhətdən təmiz meşələrindən alınmış bioloji xammal və mantar ağacı var.
Hər bir krossoverdə təxminən 50 kiloqram təkrar emal edilmiş plastik və üzvi materiallardan istifadə olunacaqdır. Avtomobil ayaqaltıları təkrar emal edilmiş poliamiddən hazırlanacaqlar.
Yeni Volvo EX90 krossoverinin təqdimatı noyabrın 9-na planlaşdırılıb. İsveç istehsalçısının fikrincə, bu model şirkətin tarixindəki ən təhlükəsiz avtomobil olacaqdır.
autograph.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












