"Xiaomi"nin ilk elektromobilinin keyfiyyətli fotoları təqdim edilib - FOTO

Çinli bloggerlərdən biri "Xiaomi" şirkətinin ilk elektromobilinin keyfiyyətli render fotolarını təqdim edib.
Təqdim edilmiş render fotolar elektromobil barəsində daha öncə ortaya çıxmış məlumat sızıntıları əsasında hazırlanıb. Bununla belə render fotolarda elektromobil hər tərəfdən sərgilənib.

Bu render fotolar bir növ reklam xarakterli tizer fotoları imitasiya edirlər və onlarda əsas diqqət elektromobilin gövdəsinə ayrılıb. Render fotolarda həmçinin elektromobilin yuxarı hissəsindəki LiDAR skaneri, panoram tavanı və orijinal arxa faraları görmək olar. "Xiaomi" öz ilk elektromobilini hələ təqdim etməyib. Onun bu ilin sonuna kimi təqdim ediləcəyi gözlənilir. Elektromobilin kütləvi istehsalına gələn il start veriləcək və gələn il də satışa çıxacaq. (lent.az)




ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












