Yaponiyada ilin avtomobili - “Suzuki Swift” - FOTO

Dünyanın ən böyük avtomobil istehsalçılarından biri olan “Suzuki”, problemsiz və innovativ istehsal prinsipi ilə hazırladığı modelləri ilə diqqəti çəkməyə davam edir. Bu baxımdan, “Suzuki”nin ölkəmizdə də satışı başlayan yeni “Swift”modeli Yapon Avtomobil Tədqiqatçıları və Jurnalistləri Konfransı (RJC) tərəfindən 2025 RJC İlin Avtomobili mükafatına layiq görülüb.
Mükafata, Yaponiyada yerli və idxal olunan minik avtomobilləri daxil edilir və ən yaxşı mükafatlar “Yapon Avtomobil Kateqoriyası”, “İdxal Avtomobil Kateqoriyası” və “Texnologiya Kateqoriyası” olmaqla üç kateqoriyada verilir.
RJC münsifləri, dördüncü nəsil “Swift”i yeni xarici dizaynı, inkişaf etmiş 1.2 litrli hibrid mühərriki ilə yüngül və möhkəm ‘HEARTECT’ platformasının təmin etdiyi üstün sürüş dinamikləri səbəbindən yüksək qiymətləndiriblər. Bundan əlavə, bütün dördüncü nəsil “Swift” modellərinin standart olaraq sinfinin ən yaxşı təhlükəsizlik xüsusiyyətlərini təklif etməsi də diqqət çəkir.
Yeni “Swift”, kəskin dizaynı, inkişaf etmiş təhlükəsizlik xüsusiyyətləri və gündəlik mobilliyi yenidən müəyyənləşdirən rəngarəng, səmərəli və çevik sürüş xüsusiyyətləri ilə istehlakçılara inkişaf etmiş və ağıllı bir seçim təklif etməsi ilə seçilir. Yerini aldığı nəsillərin xarakterik dizayn əsaslarını qoruyaraq, həm son dərəcə güclü bir görünüşə, həm də aerodinamik qabiliyyətə və səmərəliliyə malikdir və Yapon Avtomobilləri kateqoriyasında ilin avtomobili mükafatını qazanıb.
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı
Almanları birləşdirən avtomobil - FOTOLAR
"BMW" avtomobillərini modifikasiya edən şirkəti satır
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu
Elektrikli avtomobillərə kilometr əsaslı ödəniş gəlir? – RƏSMİ
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi















