Yarı kəsilmiş "Acura NSX" superkarını qeyri-adi treylerə çevriblər

Yapon brendi ənənəvi olaraq avtomobillərini təkcə zavod sınaqlarında deyil, həm də yarışlarda sürüb yoxlayır. Yarışları üçün hazırlanmış avtomobilləri peşəkar pilotlar, standart avtomobilləri isə Acura mühəndisləri sınaqdan çıxarırlar. 2023-cü ildə brend mühəndislərdən ibarət olan Honda of America Racing Team (HART) zavod komandası Tire Rack One Lap of America yarışında iştirak etməyi planlaşdırır.
Bu yarış üçün xüsusi olaraq hazırlanmış Acura TLX Type S sedanı isə, sözün əsl mənasında yarım Acura NSX kupesi ilə birlikdə ölkə boyu bir neçə min kilometr məsafə qət edəcəkdir.
Acura TLX Type S kupesi standartdır və yalnız HRE təkərləri, Carbotech qəlibləri, habelə Acura Grand Prix of Long Beach yarışının təhlükəsizlik avtomobilinin üslubunda olan livreyası ilə fərqlənir. Sedan həmçinin karbonplastikdən hazırlanmış aerodinamik elementləri də alıb.
Lakin ən qeyri-adi nəqliyyat vasitəsi Honda şirkətinin Ohayoda Şimali Amerika Avtomobil İnkişafı Mərkəzinin (ADC) mühəndisləri olan Castin Bobinski və Çad Gilsingerin Acura NSX Type S avtomobili olacaqdır.
608 at qüvvəsinə malik olan hibrid kupe, HRE təkərləri və livreyası istisna olmaqla, tamamilə standart avtomobildir, lakin onun ən qeyri-adi elementi treyleridir. Acura NSX Type S sınaq avtomobillərindən biri testlərdən sonra silinib və ADC mühəndisləri tərəfindən yarıya bölünüb.
Avtomobilin arxa hissəsi yarış boyu təkərləri, alətləri və ləvazimatları daşıyacaq qoşquya çevrilib. Treyler asqıdakı H&R yaylarını, HRE təkərlərini və Falken şinlərini alıb. Uzunluğu 5000 kilometrdən çox olan yarışma zamanı istiurakçılar 15 ştatı gəzəcək və Corciyadakı Road Atlanta və Tennessidəki Nashville Superspeedway də daxil olmaqla bir sıra yarış treklərini ziyarət edəcəklər. Yarış şirkətin İndianadakı Tire Rack qərargahında başlayacaq və bitəcəkdir.
autograph.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












