Yarım əsrlik tarixə malik olan avtomobil - “Facel Vega HK 500”

Qarajda tapılan köhnə avtomobilin milyonlarla rubl dəyərində nadir əşya olduğu üzə çıxıb. Yarım əsr təmirxanada saxlanılan avtomobilin milyonlarla rubla satılacağı vurğulanıb.
Avtosfer.az Daily Star-a istinadən bildirir ki, Uelsdə tapılan köhnə avtomobilin ən nadir Facel Vega HK 500 olduğu müəyyənləşib.
Belə ki, 1957-ci il istehsalı olan Fransız Facel Vega HK 500 öz nəslinin ən sürətli avtomobillərindən biri olub. Nostalji avtomobil yarım əsr qarajda qalıb və mükəmməl vəziyyətdə saxlanılıb.
Avtomobilin salonuna baxdığımız zaman sükanın sağ tərəfdə yerləşməsi diqqət cəlb edir. Böyük Britaniyaya yalnız 96 sağ sükanlı Facel Vega HK 500 idxal edildiyini nəzərə alsaq tapılan avtomobilin nə qədər nadir tapıntı olduğunu görə bilərik. Daha çox yayılmış sol sükanlı opsionların qiymətinin 50-60 min funt-sterlinqə (73 000 dollar) başa gəlməsi isə sağ sükanlı avtomobillərin daha yüksək qiymətə satıldığını göstərir. Məsələn markanın daha nadir modellərindən olan - Facel Vega Facel II kupesi, 300 min funt-sterlinqə (təxminən 378 000 dollar) satılıb.
Qeyd edək ki, retro avtomobil nümunəsinin hərraca çıxarılacağı gözlənilir.
Nərmin Əkbər
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı












