Yeni avtomobillərin ortalama qiyməti 50 min dollar olacaq - FOTO

Məlum olduğu kimi pandemiyadan sonra avtomobil qiymətlərindəki artım ciddi şəkildə artdı. Avtosfer.az xəbər verir ki, buna səbəb bütün avtomobil istehsalçılarına təsir edən tədarük zəncirindəki axsamalar idi. Avtomobil istehsalçılarının əksəriyyəti hədəflərindəki satış rəqəmlərinə yaxınlaşmadılar. “Toyota”nın Şimali Amerikadakı əməliyyatlarından məhsuliyyət daşıyan satış rəhbəri Jack Hollis ABŞ-dakı yeni avtomobillərin ortalama qiymətinin bu il 50 min dollardan yüksək olacağını açıqladı. Eyni zamanda bu qiymət artımı tədarük zəncirindəki düzəlməyə baxmayaraq gerçəkləşəcək.
Toyota Şimali Amerika Satış Rəhbəri Hollis, bu il ərzində şirkətin keçən illə müqayisədə 100 min ədəd daha çox avtomobil satacağından bəhs etdi. Vurğulayaq ki, “Toyota” keçən il ABŞ-da 2.1 milyon ədəd avtomobil satışını gerçəkləşdirdi.
Hollisə görə əgər sənayedə tədarük zənciri kimi problemlər yaşanmasa və təchizat məsələləri ilə qarşılaşılmasa il ərzində Amerikada 16 ilə 17 milyon arasında avtomobil satışınl gerçəkləşdirə bilərdi.
Qeyd edək ki, tədarük zəncirindəki problemlər Amerika bazarı başda olmaqla bütün Avropaya təsir etdi. Bir çox avtomobil şirkətləri müştərilərə nəqliyyat vasitələrini təqdim edərkən uzunmüddətli gözləmə müddəti təqdim edirlər. Bəzi müştərilər gözləmək əvəzinə başqa markalara üz tutarkən, bir qismi gözləməyi tərcih edir. Hətta əvvəlki illərdə “Genesis” kimi luks avtomobil istehsalçıları 2.5 ilə qədər gözləmə müddəti təqdim edirdilər.
Nərmin Əkbər
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
Məşhur dizayn şirkəti satıldı - FOTO
Rusiyanın yeni avtomobil startegiyasında avtomat transmissiya yer almır
Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?
Dilerləri bezdirən çinli istehsalçılar
Amerikadan gətirilən maşınları idarə edənlərin NƏZƏRİNƏ: Mütləq...
"Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır























