Yeni "Buick Envista" modeli Şimali Amerika bazarında debüt edib
Kupeşəkilli Buick Envista modeli ötən ilin yayında debüt edib, lakin bu günə qədər eksklüziv olaraq Çin bazarında satılıb: Səma İmperiyasındakı istehsal SAIC-GM birgə müəssisəsinə həvalə edilib. Bu yaxınlarda General Motors Buick Envista krossoverinin Şimali Amerikada da satılacağını elan edib. Amerikalılara kross-kupenin yerli tələbatlara uyğunlaşdırılmış versiyası təklif olunacaqdır.
Belə görünür ki, Buick bölməsi artıq Çin istehsalı olan avtomobillərin Amerikaya tədarükündə böyük təcrübəyə malikdir, lakin bu logistik dəhliz Envista modeli üçün aktual deyil. Okeanın o tayında satılacaq krossoverlərin istehsalı Cənubi Koreyada təşkil olunacaqdır.
Çünki Buick Envista krossoveri faktiki olaraq birinci nəsil Opel Mokka üzü dəyişdirilmiş versiyası sayılan və yalnız Koreyadakı GM zavodunda buraxılmış Encore krossoverini əvəz etməlidir. Encore modelinin istehsalı on il davam etdirilib və keçən qışda başa çatdırılıb. İndi onun konveyer xəttindəki yerini Envista modeli tutacaqdır.
Amerika satılacaq krossover eksteryer və interyer cəhətdən demək olar ki, çinli qardaşından elə də fərqlənmir. Onun uzunluğu 4638 millimetr, eni - 1816 millimetr, hündürlüyü - 1556 millimetr, təkər bazası isə 2700 millimetr təşkil edir.
Envista sələfi Encore modelindən 90 millimetr alçaq olsa da, digər üç parametrə görə onu nəzərəçarpacaq dərəcədə üstələyir. Amerika EPA standartına görə, baqajın həcmi (“tavana qədər” ölçüldükdə) 586 litr, arxa cərgənin qatlanması halda isə 1189 litr təşkil edir.
Amerikada Buick Envista təkcə Preferred baza və ST (Sport Touring) "idman" versiyasında deyil, həm də Çində satılmayan ən dəbdəbəli Avenir top versiyasında təklif olunacaqdır. Belə krossoverin xüsusiyyətləri fərqli radiator barmaqlığı, kuzovun əlavə xromlanması, orijinal 19 düymlük təkər diskləri və basmanaxışları olan əsl dəri ilə üzlənmiş oturacaqlarıdır.
Lakin Amerika krossoveri ilə çinli həmkarı arasındakı əsas fərq güc aqreqatındadır. Çində Buick Envista 1,5-litrlik “turbodördlük” (184 at qüvvəsi, 250 Nm) və variator ilə təchiz eedilir. Amerikada isə 1,2-litrlik üçsilindrli turbomühərrikə (138 at gücü, 220 Nm) və klassik altı pilləli “avtomatın” tandeminə üstünlük veriləcəkdir.
Hər iki halda ötürmə yalnız ön oxadır, baxmayaraq ki, Buick Encore vaxtı ilə 4x4 transmissiyası ilə də təklif edilirdi.
Maraqlıdır ki, Vatt mexanizmi olan yarımüstəqil arxa asqı yalnız ən böyük 19-düymlük təkər diskləri olan krossoverlər üçün əlçatandır: bu, Avenir top versiyası üçün standart avadanlıq, ST variantı üçün isə opsiyadır. Digər hallarda, arxa adi "tir" quraşdırılır. Başqa texniki opsiyalar yoxdur.
Krossoverin Cənubi Koreyadakı istehsalına bu ay başlanmalıdır. Hazır avtomobillər Amerikadakı dilerlərə yayın sonuna qədər çatdırılmalıdırlar. Üstəlik, yeni model əvvəlkindən daha sərfəli olacaq! Əgər nabarda qalan Buick Encore modelləri hazırda ABŞ-da 26,100 dollara başa gəlirsə, Buick Envista krossoverinin qiymətləri 23,500 dollardan başlayacaqdır.
autograph.az