Yeni "Chevrolet Trax" artıq "Tracker" deyil - FOTO

Avtodünya 23 Oktyabr 2022 22:00 Oxunub 1378
Yeni "Chevrolet Trax" artıq "Tracker" deyil  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son on il ərzində Trax və Tracker adları demək olar ki, sinonimə çevriliblər – belə adlarla əslindən eyni Chevrolet krossoverinin müxtəlif bazarlar üçün nəzərdə tutulmuş versiyaları adlandırılırdılar. Ancaq artıq Trax və Tracker adları müxtəlif avtomobillərə verilib.

Yeni nəsil Chevrolet Tracker 2019-cu ildə debüt edib: 4270 millimetr uzunluğunda olan krossover Çin, Braziliya, Argentina və Özbəkistanda (əsasən daxili bazarlar üçün) istehsal olunur. Lakin ikinci nəsil Chevrolet Trax modeli yanlız indi peyda olub: ABŞ-da bu ad altında Çində satılan Chevrolet Seeker krossoverinin klonu debüt edib. Krossover VSS modul platformasında inşa edilib yarı müstəqil arxa asqıya malikdir.

 

Nəsil dəyişikliyi Trax üçün yarım sinif irəliyə addım olub. Yeni krossover daha çox “minik avtomobili” nisbətlərinə malikdir - onun bəyan edilmiş klirensi isə 157-dən 186 millimetrə qədər artırılıb.

Yeni Trax sələfindən nəzərəçarpacaq dərəcədə uzun (4537 millimetr) və daha genişdir (1823 millimetr). Təkər bazasının ölçüsü isə 15 millimetr artaraq 2700 millimetrə çatıb ki, bu da arxa cərgədə əhəmiyyətli dərəcədə artım vəd edir. Bununla belə, krossoverin hündürlüyü 101 millimetr azalaraq 1560 millimetrə çatıb. 

 

Nəsil dəyişikliyi ilə baqajın həcmi 12% artıb: rəf altında 725 litrlik (Amerika EPA standartına uyğun olaraq) məkan var, arxa sıranın qatlanması halında bu məkan 1532 litrə qədər artır.

Seçim etmək üçün LS, 1RS, LT, 2RS və Activ təchizat səviyyələri var. LED fənərlər artıq baza təchizatına daxildir, lakin sadə versiyalarda gündüz hərəkət işıqları adi közərmə lampalarındandır: diod zolaqları LT versiyasından başlayaraq tətbiq olunur. 

 

Təkər disklərinin diametri 17 ilə 19 düym arasındadır. Baza versiyasında polad disklər quraşdırılır. RS versiyasında fərqli təkər diskləri və qara "idman" dekoru, Trax Activ isə salondakı sarı aksentlər və bamperlərdəki qoruyucu örtmələri ilə öyünə bilər.

Seeker və Trax modellərinin interyeri eyni görünsə də, fərqlər mövcuddur. Çin avtomobilinin ön panelində iki 10,25-düymlük ekran var, amerikan krossoverində isə "bazada" analoq cihazlar paneli və media sisteminin səkkiz düymlük ekranı quraşdırılır. Daha yüksək təchizat səviyyələrində isə 8,0-düymlük virtual cihazlar paneli və media sisteminin 11,0-düymlük sensorlu ekranı var.

 

Nəsil dəyişikliyi ilə krossoverin standart avadanlıq siyahısı daha da zənginləşib: indi bu siyahıya salondakı səs-küyün aktiv boğulması sistemi, habelə avtomatik əyləcləmə, zolaqda saxlama və avtomatik uzaq işıqları özündə birləşdirən Chevy Safety Assist kompleksi daxil edilib.

Opsiyalar siyahısında adaptiv kruiz-kontrol, avtoparklayıcı, qızdırılan sükan, elektriklə tənzimlənən sürücü oturacağı, lyuk və mühərriki uzaqdan işə salma sistemi var.

 

Texniki hissədə böyük dəyişikliklər baş verib. Əvvəllər Trax krossoveri ABŞ-da 1,4-litrlik “turbodördlük” (157 at qüvvəsi, 240 Nm) və altı pilləli “avtomat” ilə təklif edildi. “Çinli” Seeker modeli isə 1,5-litrlik turbomühərrik (179 at qüvvəsi, 250 Nm) və variatorla təklif olunur.

Amerikada isə yeni Chevrolet Trax modeli altı pilləli avtomatik transmissiya ilə tandemdə çalışan 1,2-litrlik üçsilindrli turbomühərrik (139 at qüvvəsi, 219 Nm) ilə təchiz edilir. Tam ötürmə sistemi artıq yoxdur: ötürmə yalnız ön oxadır.

 

Chevrolet Trax krossoveri əvvəl də olduğu kimi Cənubi Koreyada istehsal olunacaqdır. Odur ki, bir müddət sonra yeni krossover digər bazarlarda da satılmağa başlayacaqdır. ABŞ-da satışların başlaması 2023-cü ilin yazına planlaşdırılıb.

Üstəlik, yeni Trax sələfindən bir qədər ucuz olacaqdır: yeni krossoverin qiyməti 21 500 dollardan başlayacaqdır.  Bu əvvəlki qiymətdən 200 dollar ucuzdur.

 

Yeri gəlmişkən, ABŞ bazarında ən əlçatan Chevrolet modeli məhz Trax olacaqdır, çünki Aveo və Cruze modelləri artıq model cərgəsindən çıxarılıblar, bir müddətdən sonra miniatür Spark (13 600 dollardan) modeli də istefaya göndəriləcək: onun istehsalına avqust ayında son verilib, odur ki, anbarlarda olan hetçbeklər ilin sonuna qədər bitməlidirlər.

autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh