Yeni "Ferrari" hiperkarının debüt tarixi və tirajı açıqlanıb

“Auto Pareri” profil forumunda Ferrari markasının flaqman hiperkarının debüt tarixi və tirajı barədə məlumat peyda olub. LaFerrari superhibridinin varisi istehsalçının sənədlərdə zavoddaxili F250 indeksi ilə işarələnib. İtalyan istehsalçısı artıq yeni hiperkarın “qatırlarının” sınaqlarına başlayıb, odur ki, gələn il ümumi istifadə yollarında kamuflyajlı prototiplərə rast gəlsəniz təəccüblənməyin.
Yeni hiperkarın təqdimatı 2024-cü ilin oktyabrına planlaşdırılıb. Flaqmanın altı il müddətində istehsal ediləcəyi bildirilir. Ümumilikdə 828 avtomobil istehsal olunmalıdır.

Ferrari FXX-K
Qeyri-rəsmi məlumatlara görə, Ferrari F250 hiperkarı V12 atmosfer mühərrikinin əsasında yaraılmış hibrid güc qurğusu ilə hərəkətə gələcəkdir. Hibrid qurğunun ümumi gücünün təxminən 1200 at qüvvəsi olacağı söylənilir.
F250 ailəsinə kupe, spayder və ictimai yollara çıxışı olmayan XX indeksli trek versiyası da daxil ediləcəkdir. Məhz F250 XX versiyası ən azsaylı olacaqdır: 2027 və 2028-ci illərdə cəmi 30 ədəd belə trek hiperkarı yığılacaqdır.

Ferrari LaFerrari Aperta
Açıq kuzovlu F250 Spider modeli də çox kiçik tirajla buraxılacaqdır: 2028-ci ildən 2030-cu ilə qədər 199 ədəd açıq kuzovlu avtomobil istehsal olunacaqdır ki, bu da analoji LaFerrari Aperta modelinin tirajından (210 ədəd) bir qədər azdır.
Birinci kupe kuzovlu Ferrari F250 hiperkarı debüt edəcəkdir - onun premyerası 2024-cü ilin oktyabr ayına planlaşdırılıb, istehsalına isə 2025-ci ildə başlanmalıdır. Birinci ildə Maranelloda 220, ikinci ildə isə 300 avtomobil yığılacaqdır. Kupe versiyasının istehsalına 2027-ci ildə 79 nüsxə ilə son veriləcəkdir. Beləliklə, flaqman kupesinin 599 nüsxəlik tirajla buraxılacağını asanlıqla hesablamaq olar.

Ferrari LaFerrari ailəsi
Yeni Ferrari flaqmanının yaradılıcağı rəsmən təsdiqlənməyib, lakin Ferrari şirkətinin 2026-cı ilə qədər inkişaf planında hiperkar da daxil olmaqla 15 yeni modelin buraxılması nəzərdə tutulub ki, ona görə də “Auto Pareri” forumunda səsləndirilən proqnoz həqiqətə yaxındır.
Ferrari şirkəti buraxdığı modellərin eksklüzivliyinə böyük önəm verir: hətta “kütləvi” Ferrari Purosangue krossoveri də məhdud tirajla buraxılacaqdır.
autograph.az
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR
Çinin lüks elektromobilinin yanmasının səbəbi üzə çıxdı
Baş direktor: Lüks avtomobil sahibləri elektromobilə maraq göstərmirlər
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər











