Yeni "Mercedes-Benz E-Class" altısilindrli mühərrikə sahib olub - FOTO

Yeni Mercedes-Benz E-Class modelinin mühərrik çeşidinə altısilindrli mühərrik daxil edilib. Söhbət Şimali Amerikada satılacaq modifikasiyalardan gedir: okeanın o tayında biznes sedanı nə dizel, nə də plagin hibrid qurğusu ilə təklif edilməyəcəkdir.
Avtosfer.az xəbər verir ki, satışların başlanğıcında tam ötürməli iki mülayim hibrid modifikasiyası təklif olunacaqdır: E 350 4Matic və E 450 4Matic. Sonuncu versiya 380 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən altısilindrli aqreqatla təchiz edilir.
Mercedes-Benz E-Class modelinin altıncı nəsili daha V8 mühərrikləri ilə təklif edilməyəcəkdir. Odur ki, alman istehsalçısının Avropa xətti tamamilə 2,0-litrlik dördsilindrli turbomühərriklərə keçib. Bununla belə, 3,0-litrlik altısilindrli aqreqat "ən yüksək" indeksli versiyada təklif olunacaqdır.
Mercedes-Benz E 450 4Matic modifikasiyasında benzin mühərriki 380 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edəcək, 48 voltluq startyor-generator isə, sürətlənmə zamanı əlavə 20 at qüvvəsini təmin edəcəkdir. Alternativ olaraq 2,0-litrlik (259 at qüvvəsi, 400 Nm) dördsilindrli turbomühərrik və oxşar hibrid əlavəsi olan Mercedes-Benz E 350 4Matic sedanı təklif ediləcəkdir.
Amerikna sedanlarının dinamikası və yanacaq sərfiyyatı açıqlanmır, lakin maksimal sürətin 130 mil/saat (209 km/saat) həddində məhdudlaşdırılacağı məlumdur. Müqayisə üçün qeyd edək ki, Avropadakı modifikasiya çeşidinin flaqmanı Mercedes-Benz E 400 e 4Matic plagin hibridinin güc qurğusu 381 at qüvvəsi və 650 Nm hasil edir. Bayraqdar sedan 100 km/saat həddini 5,3 saniyəyə toplayır.
Mercedes-Benz E-Class sedanının altıncı nəsli bu ilin sonuna qədər Şimali Amerika bazarında satışa çıxmalıdır. Qiymətlər hələlik açıqlanmayıb. Yaxın altı əy ərzində isə unversal və onun “kross” versiyasının, habelə Çində satılacaq uzunbazalı sedanın debütü gözlənilir.

fins.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












